“Google”da boşluq tapanlara mükafat veriləcək
Bizi izləyin

Texnoloji

“Google”da boşluq tapanlara mükafat veriləcək

“Google” şirkəti boşluqlara görə mükafatlandırma proqramını genişləndirir. Bundan sonra "ağ hakerlər" yalnız “Chrome” brauzerində və “Google”un başqa məhsullarında deyil, həm də “Nexus” qurğuları üçün “Android” əməliyyat sistemində aşkar edilmiş boşluqlara görə mükafatlandırılacaq.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi xəbərə görə, “Android Security Rewards” adlandırılmış proqramda qeyd olunur ki, yalnız “Nexus 6” və “Nexus 9” qurğularında aşkar edilmiş boşluqlara görə mükafata iddia etmək olar. Mütəxəssis iddia edir ki, “Android” platforması yeni mükafatlandırma proqramından fayda əldə edəcək.

“Android” mobil platformasında kritik boşluğun aşkar edilməsi üçün maliyyə mükafatı 40 min dollara çata bilər.

Aşkar edilmiş kritik boşluğun başlanğıc dəyəri 2 min dollar təşkil edir, yüksək təhlükə dərəcəsinə malik boşluqlar 1000 dollar dəyərində qiymətləndirilir.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm