Saytların yüklənməsi 20 dəfə sürətli olacaq
Bizi izləyin

Texnoloji

Saytların yüklənməsi 20 dəfə sürətli olacaq

“Apple”,“Google”, “Microsoft” və “Mozilla” gələcəyin veb brauzerini yaratmaq üzrə bir araya gəliblər.

Publika.az xəbər verir ki, “WebAssembly” layihəsi çərçivəsində saytların yüklənməsini 20 dəfə daha artırmaq nəzərdə tutulur.

Dörd firmanın meydana gətirəcəyi bytecoda (insanlar tərəfindən oxuna bilən proqramlaşdırma dillərinin əksinə, veb skanerlərinin oxuması daha asan anlaşılmağa xidmət edən dil) ediləcək irəliləyişlər sayəsində web tətbiqlərinin normal tətbiqlər qədər sürətli işləmələrini təmin edəcək. Şirkətlərin həyata keçirdiyi layihənin birinci məqsədi icra olunan əlavə proqram şəklində fəaliyyət göstərən saytlar yaratmaqdır. İkinci məqsəd – yeni aşağı səviyyəli icra edilən kodun yaradılmasıdır, hansı ki geniş yayılmış “Java Script” dilini əvəz edə biləcək.

“WebAssembly” hələ ilk günlərindədir, ancaq onların arxasında böyük firmalar sayəsində yaxın zamanda böyük uğur qazanacağına inanılır.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm