“Facebook”-dan yenilik
Bizi izləyin

Texnoloji

“Facebook”-dan yenilik

“Facebook” yeni nəsil texnologiyanın inkişafı ilə bağlı bəzi yeniliklər edib.

Publika.az xəbər verir ki, artıq “Facebook” sosial şəbəkə istifadəçilərini üzdən tanıya biləcək.

Belə ki, yeni nəsil telefonların bu imkanı var. Bu imkan həm telefonu, həm də içərisindəki sənədləri təhlükələrdən qoruyur.

Bunu nəzərə alan “Facebook” rəhbərliyi də yenilik edib. Əvvəlcə yalnız yeni nəsil telefon istifadəçiləri sosial şəbəkənin bu imkanından istifadə edəcək. Daha sonra kompüterlərdə tətbiq ediləcək. Artıq istifadəçi öz səhifəsinə daxil olmaq üçün e-mail və şifrə yazmalı olmayacaq. Sadəcə telefonun ön kamerası vasitəsilə üzünü “Facebook”un hazırlayacağı sistemə tanıdacaq və səhifəsinə daxil olacaq.

Bu yeniliyin tətbiqindən sonra kiminsə “Facebook” hesabı başqaları tərəfindən oğurlana bilinməyəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm