Facebook-da vacib yenilik
Bizi izləyin

Texnoloji

Facebook-da vacib yenilik

Facebook-da vacib yenilik

Facebook sosial şəbəkəsi xəbərlər səhifəsinin (News Feed) xarici görünüşünün yenilənməsinə başlayıb.

Xezerxeber.com Lenta.ru-ya istinadən xəbər verir ki, bu haqda məlumatı mart ayının 7-də Facebook for Business rəsmi səhifəsində bildiriblər.

Dəyişikliklər səhifədə gedən şəkillərə - onlar əvvəlkindən daha böyük ölçülərdə veriləcəklər və istifadə edilən şriftə aid olacaq. Eləcə də News Feed ümumi fonu dəyişəcək – paylaşma və linklər əvvəlki kimi səhifədə ağ fonda əks olunacaq, amma digər elementlər (məsələn, istifadəçinin profilinə linklər, qruplar və hadisələr) indi boz fonda olacaq.

Bloqun müəllifləri dəyişikliklərin məğzini belə açıqlayıblar:

“İnsanların xoşuna gələn maket və naviqasiya olduğu kimi qalacaq, şrift və şəkillərin ölçüsü böyüdüləcək”.

Sosial şəbəkənin nümayəndələrinin qeyd etdikləri kimi, reklam bloklarının ölçüsü eyni qalacaq.

Ümumiyyətlə, redizayn tətbiqi bir neçə həftə vaxt aparacaq və sosial şəbəkənin brauzerlər üçün versiyasında olacaq – resursun mobil versiyasının dizaynı əvvəlki kimi qalacaq. Bununla yanaşı Facebook administrasiyasının sözlərinə görə News Feed-də paylaşımların alqoritmi dəyişmədən qalacaq.

2013-cü ilin martında Facebook xəbər səhifəsinin dəyişəcəyi barədə xəbər vermişdi. Onda sosial şəbəkə şəkillərin və videoların ölçülərinin böyüdüləcəyini və sol tərəfdə şaquli idarə panelinin meydana gələcəyini demişdi. Sosial şəbəkədən indi verilən xəbərə görə o versiya narahat olduğu üçün qəbul edilmədi.

Facebook News Feed xəbər xətti 2006-cı ildə, saytın açılışından 2 il sonra meydana gəlib. Buna qədər, resursa daxil olanda, istifadəçilər şəxsi profilli səhifəyə keçid alırdılar. Bunun əvəzinə start səhifəsi kimi xəbərlər bölməsi düzəltmək qərarına gəlirlər, burda dostların bütün paylaşımları, statusları, rəyləri, hadisələr barədə mesajları, ad günləri və s. görünürdü.

İlk öncə xəbər xəttinin peyda olması bəzi istifadəçilər tərəfindən neqativ qarşılandı. İstifadəçilər Facebook-un həddən artıq çox məlumatla “zibilləndiyindən” şikayət edərək, köhnə dizayn qayıtmazsa sosial şəbəkədən istifadədən imtina edəcəklərini bildiriblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm