• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

İKT-nin tətbiqi üzrə növbəti konfrans Rusiyada keçiriləcək

İKT-nin tətbiqi üzrə növbəti konfrans Rusiyada keçiriləcək

İnformasiya-kommunikasiya texnologiyalarının (İKT) tətbiqi üzrə IX Beynəlxalq konfrans (AICT2015) bu il oktyabrın 14-dən 16-dək Rusiyanın Rostov-Don şəhərində keçiriləcək.

Builki tədbir Rostov-Don şəhərdəki Cənub Federal Universitetinin 100 illiyinə həsr olunub. “AICT2015” Cənub Federal Universitetinin təşkilatçılığı, Elektrotexnika və Elektronika Mühəndislər İnstitutunun (ABŞ) texniki dəstəyi ilə keçiriləcək.

Bakı, Astana, Daşkənd və Tbilisidə keçirilən əvvəlki konfransların uğurlarına əsaslanaraq, bu il də “AICT2015” informasiya və kommunikasiya texnologiyaları sahəsində müxtəlif ölkələrin alim, müəllim və tələbələri, tədqiqatçılar, mütəxəssislər arasında yeniliklərin təqdimatı, tədqiqatlar, sınaq və təcrübələrin müzakirəsinin təmin edilməsi üçün xüsusi platformaya çevriləcək.

“AICT2015” Beynəlxalq konfransı 80-dək mövzunu əhatə edəcək. Tədbir “Böyük verilənlərin idarəsi və tətbiqi (Big Data)”, “Verilənlərin əldə olunması (Data Mining) və informasiya mühəndisliyi”, “Kibertəhlükəsizlik problemləri”, “İKT-nin tətbiqində ən son tendensiyalar”, “Kommunikasiyalar, şəbəkələr və avadanlıq”, “İKT biznes, idarəetmə və iqtisadiyyatda”, “İKT dövlət xidmətlərində”, “İKT təhsil, humanitar və sosial tədqiqatlarda”, “İKT tibb və səhiyyədə” bölmələr üzrə aparılacaq.

Konfrans haqqında ətraflı məlumatı “AICT2015”in rəsmi saytından – aict.info/2015 əldə etmək olar.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR