Selfi həvəskarlarına şad xəbər
Bizi izləyin

Texnoloji

Selfi həvəskarlarına şad xəbər

Artıq şelfi çəkdirmək üçün uzun çubuğa ehtiyac olmayacaq. Bu yenilik şelfi həvəskarlarının işini bir az da asanlaşdıracaq.

Publika.az xəbər verir ki, gələn ildən istifadəyə veriləcək Lily adlı kamera havada şəkil çəkə biləcək. Bunun üçün onun hər hansı pulta ehtiyacı yoxdur, belə ki, biləyə taxılan GPS sensoru vasitəsilə havada şəkil və video çəkə bilir.

Daha çox professionallar üçün nəzərdə tutulan insansız texniki yeniliklərdən fərqli olaraq bundan həvəskarlar da asanlıqla istifadə edə biləcək. Belə ki, bu kameranı istifadə etmək üçün onu sadəcə havaya tullamaq lazımdır. Bu zaman pult olmadan o hərəkət edir və biləyə taxılan sensor vasitəsilə onu idarə etmək mümkün olur. Bunun daha bir özəlliyi havaya atılan kimi şəkil uça bilməsidir.

GPS sensor vasitəsilə istifadəçi onu 30 metrə qədər izləyə bilir. Lily 15 metrə qədər yüksəlir və saatda 40 km-ə qədər hərəkət edir.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm