Rusiyada "Putinlə Müsahibə" yayımlandı - Birinci seriya - - VİDEO
Bizi izləyin

Video

Rusiyada "Putinlə Müsahibə" yayımlandı - Birinci seriya - - VİDEO

Rusiya prezidenti Vladimir Putininin amerikalı rejissor Oliver Stounla müsahibəsi Rusiyanın birinci kanalında yayımlanıb.

Publika.az TASS agentliyinə istinadən xəbər verir ki, Vladimir Putin Qırğızıstanın lideri Almazbek Atambayev ilə qeyri-rəsmi planlaşdırılmış görüşün gecə saatlarına qədər uzanması səbəbindən özü haqqında 19 iyun tarixində yayımlanan sənədli filmə baxa bilməyib.

Vladimir Putin özü haqqında heç bir kitab oxumadığını və çox nadir hallarda özü haqqında çəkilən filmlərə baxdığını deyib.

Sənədli filmdə Rusiya prezidenti Vladimir Putinin dünya siyasəti ilə bağlı müsahibələri və şəxsi həyatına dair bir sıra maraqlı məlumatlar işıqlandırılıb.

4 seriyalı sənədli filmin birinci hissəsi Rusiyanın Birinci kanalının efirində yerli vaxtla xəbərlər informasiya proqramından sonra yayımlanıb.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm