Prezidentin bacısı oğlu soyuq havada DƏNİZDƏ ÜZDÜ - VİDEO
Bizi izləyin

Video

Prezidentin bacısı oğlu soyuq havada DƏNİZDƏ ÜZDÜ - VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bacısı Sevil Əliyevanın olğu Jiraf Əliyev soyuq havada dənizdə üzüb.

Publika.az xəbər verir ki, Jiraf Əliyev Fransada dənizı girib. O, görüntüləri sosial şəbəkədə paylaşıb və soyuq havada dənizdə üzməyin ayrı ləzzəti olduğunu qeyd edib:

“Bədəninizi möhkəmləndirin! Soyuq havada çimin! Qış fəsilinin olması o demək deyil ki, özünü təbiət qoynunda çimməkdən məhrum etməlisən”.

Qeyd edək ki, Jiraf Əliyev Azərbaycan Ağır Atletika Federasiyasının vitse-prezidenti Azər Əliyevin qardaşıdır.

Jiraf Əliyev 2012-ci ildə Las-Veqasda keçirilən pauerliftinq üzrə dünya çempionatında Azərbaycan yığma komandasının tərkibində çıxış edib. Bu mötəbər yarışda Jiraf Əliyev 5-ci yeri tutub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm