• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

“Bu işdə erməni barmağının olduğunu car çəkməsinlər”

  • Yazarlar
  • 11 Mart 2014 17:30
  • 459 Baxış
“Bu işdə erməni barmağının olduğunu car çəkməsinlər”

Azərbaycanın görkəmli yazıçısı Əkrəm Əylisli “Nobel” mükafatına namizəd göstərilməsi ilə bağlı məsələyə münasibət bildirib.

Bu barədə “Qafqazinfo”ya açıqlama verən yazıçının münasibəti maraqlı olub. Onun fikirlərini olduğu kimi təqdim edirik:

"Məsələ burasındadır ki, mən bu əsəri yazanda belə bir inamla yazmışdım ki, bu əsər xalqlar arasında, indiki halda ermənilərlə - azərbaycanlıalr arasında münasibətləri yaxşılaşdıra bilər. Bu əsər kin- küdurəti, nifrəti qismən azalda bilər. Məndə də bu haqda informasiya var. Məndə olan məlumata görə, bu sənədi dünyada çox tanınan Avropa və Amerika intelektualları imzalayıb. Ona görə də istəyirəm ki, bizim mətbuat qərəzli məlumatlar verməsin, yəni bu işdə erməni barmağının olduğunu car çəkməsinlər. Burdakı insanlar kiçik milli hissiyatlardan ucada olan insanlardır. Bu adamlar heç kimin küyünə gedib və yaxud ermənilərin "dutkası" ilə oturub-duran insanlar deyil. Ona görə də, mən bu halda yalnız ona sevinə bilərəm ki, mənim əsərimi mənim düşündüyüm kimi qəbul edən insanlar var. Məndən bu mükafatı alıb - almayacağımı soruşurlar. Bu suala cavab verə bilmərəm. Amma məsələ burasındadır ki, mənim əsərimə belə yüksək münasibət əsərin məhz sülhə xidmət etdiyini göstərir. Bunun özü isə mənim özümə mükafatdır. Arzu edərdim ki, mənim xalqım da məsələni belə qəbul edəydi. Məmləkətimdə də məsələ belə qəbul ediləndə bu, mənim üçün beş qat mükafat olar”.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR