“Səməd Behrəngi” ədəbi mükafatı təsis olunub
Bizi izləyin

Yazarlar

“Səməd Behrəngi” ədəbi mükafatı təsis olunub

“Səməd Behrəngi” ədəbi mükafatı təsis olunub

Azərbaycanda yeni “Səməd Behrəngi ədəbi mükafatı” təsis edilib. Mükafatı Azərbaycan Yazıçılar Birliyi ilə Dövlət Diaspor Komitəsinin ortaq saytı olan litdiaspora.az ədəbi portalı təsis edib. Bütöv Azərbaycan və bötövlük ideologiyasını özündə əks etdirəcək mövzuları işıqlandırmaq şərtiylə 5 nominassiyada qaliblər müəyyən ediləcək.

Ən yaxşı şeir, ən yaxşı hekayə, ən yaxşı publisistik məqalə, ən yaxşı yaxşı esse və ən yaxşı araşdırma nominassiyalarında ilk iki yeri tutan iştirakçılar mükafatlandırılacaq.
Müsabiqə hər il aprelin birindən mayın 15-dək davam edəcək. Mükafatlandırma və təqdimat isə iyun ayının 24-də, Səməd Behrənginin anadan olmasının il dönümündə keçiriləcək. Qeyd edək ki, hər nominassiyada ilk iki yerin qalibinə planşet hədiyyə olunacaq. Bundan əlavə Azərbaycan Yazıçılar Birliyinin diplomu və bir sıra həvəsləndirici mükafatlar da olacaq.

Layihənin rəhbəri AYB-nin Güney Azərbaycan ədəbiyyatı şöbəsinin rəhbəri Sayman Aruzun Modern.az-a verdiyi açıqlamasına görə mükafat Bütöv Azərbaycan ideologiyası, Güney və Quzey ədəbiyyatları arası ilişgilərin inkişaf etdirilməsi yönündə həyata keçirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm