Hind filmlərindən qaçıb gələn oğlan
Bizi izləyin

Yazarlar

Hind filmlərindən qaçıb gələn oğlan

Hind filmlərindən qaçıb gələn oğlan

Bir şair ömrünü öldürürəm,

Bir qadın qəlbinə yol tapaq üçün.

Yaxşı ki, yazmaq var bu dünyada. Heç olmasa, ürəyinin göz yaşlarını boşalda bilirsən. Ancaq mən yazmağı da bacarmıram, yaşamağı bacarmadığım kimi...

Bir qadın qəlbinə yol tapmaq, bir qadını xöşbəxt etmək, xöşbəxt olmaq istərdim..

Dünyanın ən gözəl şeirlərini, hekayələrini yazıb, gənc ürəklərdə ölümsüzlük şərbətini içməyi də həmçinin...

Yaşamaq və yazmaq istərdim, uzun sözün qısası.

İndi səhvlərimi düşünüb, bir heç olduğumu anlayıram. Qadınlardan çox gileyləndim; statuslar, köşələr yazdım, tənqid etdim onları. Məni anlamamalarından yazdım, fəryad etdim. Ancaq heç düşünmədim, görəsən mən qadınları anlaya bilirəmmi? Dünən gecə anlatdılar mənə anlaya bilmədiyimi. Sən demə, həyat Hind filmlərindəkindən çox fərqli imiş, ancaq mən özümü o filmlərdəki qəhrəmanlardan biri hiss edirmişəm.

Yəni mən sevilməyəcək biri deyilmişəm, ancaq öz hərəkətlərimlə özümü bu mərtəbəyə endirmişəm.

İndi yaz gəlir yurdumuza, güllər- çiçəklər açır yavaş- yavaş. Sevgi qoxuyan bir yaz olaydı bu yaz. Savaşların olmadığı bir dünyada, uşaqların ölmədiyi bir həyatda olmaq istərdim. Mən böyümək istərdim, böyüklər kimi daş ürəkli olmaq. Yox, yox, belə olmaq istəmirəm mən. Mən elə balaca bir uşaq olaraq qalmaq istəyirəm. Balaca bir uşaq və ya filmlərdən qaçıb həyatda gizlənən bir oğlan.

Həyatımızı məhv edən guya həqiqətmiş kimi dilimizə gətirdiyimiz yalanlardı . Biz niyə ürəyimizə söz deyə bilmirik, biz niyə bizi sevənləri sevib, sevdiklərimizə özümüzü sevdirə bilmirik? Xöşbəxt etmək istədiyimiz insanların həyatını niyə məhv edirik, görəsən? Bu həyat dəli bir ürəklə yaşanılmır – Stendal demişkən. Yaşamaq üçün PUL deyilən bir lənətəgəlmişə ehtiyacımız var. Varlı insanlar, varlı dövlətlər digərlərindən daha gözəl yaşayır. Romantika üçün də, elə sevginin özü üçün də pul lazımdır. Reallıqları qəbul etmək, şeirləri unudub yaşamaq lazımdır.

Sən sevdiyin qıza şeirlər yazırsan, ancaq qızın atası bahalı maşında gələn oğlana verir qızını. Sənin şeirlərin ona ancaq kürəkənin pulu ilə bahalı bir restoranda “vurarkən” əylənmək üçün lazım olar. Bu reallıqları unutmaq olmaz.

Allah gözəldir və gözəl olanı sevir. İnsanı da Allah yaratdı.

Tural Sahab

Oxumağa davam et
Reklam
Reklam

Gündəm