• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Fahişənin sevgisi

  • Yazarlar
  • 30 Sentyabr 2015 06:14
  • 4 397 Baxış
Fahişənin sevgisi

Qabriel Qarsiya Markesin “Hüznlü fahişələrim” əsərini oxuduğum vaxtlar fahişələrə marağım, diqqətim çox artımışdı. Elə bilməyin ki, cinsi istəyimə görə, sadəcə, onların yaşam tərzlərinə, həyat hekayələrinə bələd olmaq istəyirdim. Yadıma belə bir əhvalat düşür.

Axşamüstü kafelərin birinə yollandım. İçki sifariş verib, ətrafı müşahidə etməyə başladım. Qısa ətəkli, yorğun, ənlik-kirşanlı qadınlar diqqətimi çəkirdi. Onlar fahişə idi. Onlardan ən gəncini əlimlə işarə edib yanıma çağırdım. Cəld yerindən durub yaxınlaşdı, çoxdanın tanışı kimi yanımda oturub gözlərini mənə dikdi. Bu an fahişələr oturan masaya baxdım: onların üzündəki sonsuz kədər mənə toxundu. Adını bilmədiyim fahişəyə “istəyirsən dostlarını da çağır” - dedim. Gülümsədi. Yəqin elə bildi ki, zarafat edirəm.

- Biri sənə bəs eləmir?

- Adın nədir?

- Günay. Neynirsənki?

- Saat neçəyə qədər burada işləyirsən?

- Səhər altıya kimi.

- Bəs yorulmursan?

- İnsanam da, yoruluram. Amma öyrəşmişəm. Yaxşı, qurtar bu söhbəti. Keçək otağa?

Bir şey demədim. Qarşımdakı pivəni sonuna qədər içib ayağa qalxdım. Onun arxasınca otağa getdim. İçəridən çox pis iy gəlirdi. Mələfə, döşəkağı, yastıq döşəməyə səpələnmişdi. Elə cəldliklə soyundu ki, bütün ehtirasım soyudu. Günel, gəl, bir az söhbət edək. Gülərək çarpayıya uzandı. Gözlərini tavana dikdi. Öz həyat hekayəsindən danışmağa başladı. Onun səs tonunda qeyri-səmimilik vardı. Standart, şablon hekayələr danışırdı. Bilirdim ki, basıb-bağlayır. İnanmasam da, qulaq asırdım. Sonra mənasız lətifələr danışmağa, şit-şit gülməyə başladı. Susmaq bilmirdi. Nədənsə belə daha kədərli görünürdü.

İki dəqiqədən bir gülməyi əsəblərimə toxundu. Sanki qarşımdakı qadın deyildi. Mənə elə gəldi ki, sevdiyi insanlar Günayın üz cizgilərini, vücudunu, saçını, gözlərini belə unutmuşdular. İndi o, öz bədənindən pul qazanan böyük bir boşluğa bənzəyirdi. Heç nə ifadə etmirdi. Yəqin fahişələr bədənlərini satarkən ürəklərini də hərraca qoyurlar. Günay dinc durmurdu. Mazaqlaşırdı. Mənim isə istəyim onunla yatmaq deyildi. Birdən-birə ağlımdan qəfil bir fikir keçdi. Fahişələr öz qadın statuslarını dəfn etdiklərinə görə artıq kişilər üçün yalnız orqazma çatmaq vasitəsidirlər.

- Günay heç sevmisən?

O ayağa qalxdı. Paltarını geyindi. Güzgüdə saçını-başını düzəltdi. Özünə sığal verdi. Bir xeyli otağın içində fırlandı. Yerə dağılmış əşyaları yerbəyer etdi. Sonra mənə baxıb dedi:

- Hə…

Gözlədim ki, danışsın. Amma elə hey susurdu. Susqunluğu çarəsizliyindən xəbər verirdi. Günay məni düşüncələrimdən ayırdı:

“Bir dəfə kafeyə bir oğlan gəlmişdi. Məni seçmədi. Başqası ilə otağa keçdilər. O oğlan hər dəfə gəlirdi. Həmişə də başqaları ilə gedirdi. Neçə dəfə yanına yaxınlaşmaq istədim, amma məni uzaqlaşdırırdı. Səbəbini bilmirdim. Sonra oğlan yoxa çıxdı. Daha gəlmədi. Hər dəfə rəfiqələrimlə onun haqqında söhbət edirdim. Rəfiqlərim deyirdi ki, o, yataqda çox yaxşıdır. Onlara əsəbiləşirdim. Üstlərinə qışqırırdım. Axırda dostum dedi ki, sən onu sevirsən. Mən hər yanıma gələn kişini ona bənzədirdim. Elə bil onunla sevişirdim. Sanki bir evdə, ər-arvad kimi”.

Markesin əsərindən bir parçanı xatırlayıram: “Eşqsiz seks - sevgidən divanə olmayanların təsəllisidr.”

Xəbər lenti

DAHA ÇOX XƏBƏR