Yazarlar
Esmira Məhiqızı - Ayrılıq nədənsə qadın üçündü...
inanma...havalar sevgi qoxuya,
nə gələ, o gedən bahardan gələ.
Demə ki, üşüdən ayrılıqlar da...
qol açıb üstünə bə hardan gələr...?
bəs hardan süzülər göyün yaşları,
sənin ürəyinin ətəklərinə?
Su içmək istəyən damın quşları
qonarlar dolaşmış kirpiklərinə.
Sən elə bilirsən elə belədi,
hər şey bu dünyada iz qoymur gedir...?
o qışın qarları ayaz ömründə,
yanıq yerlərinə köz qoymur gedir...?
sən elə bilirsən...xoşbəxtdi hamı...
hamının sevməyə sevgilisi var...?
Hələ sevgidən də, eşqdən də yana,
bilirsən nə qədər çəkiləsi var...?
eh...dedim nə olsun, ya demədim nə..
sevgi də baharda yarpaqlamır ta.
Hamı öz gününə bir gün ağlayır,
heç kim sevgisinə gün ağlamır ta.
inanma...gün gələ... o hansı gündü-
yazların içindən o yaz qayıda.
Ayrılıq nədənsə qadın üçündü...
sanma ayrılıqdan bir qız qayıda.
-
İnanc20:24
Ağdam Cümə məscidində ilk Azan - VİDEO
-
Cənubi Qafqaz19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO