• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

İlqar Fəhmi - Bir söz de mənə, ey gözü yaşlım...

  • Yazarlar
  • 17 Mart 2014 11:49
  • 945 Baxış
İlqar Fəhmi - Bir söz de mənə, ey gözü yaşlım...

Bir söz de mənə , ey gözü yaşlım, nəsə bir söz,
Qəlbimdən axan qanımı bəlkə kəsə bir söz.

Dondurma məni, istəmirəm ruhum içində
Hər gün üşüyüb titrəyə bir söz, əsə bir söz.

Bezdirdi sükut, döy ürəyin pəncərəsin ki,
Taqqıltı eşitcək çıxa bilkə səsə bir söz.

“Gəl” söylədilər ruha, gəlib girdi bu cismə
Yoxdur geri yol, saldı onu мəhbəsə bir söz.

Susma, de o bir kəlmə sözü, qoy gecə yarı
Titrək bir işıq tək başım üstə əsə bir söz.

Sən Fəhmini susmaqda gunahkarmı sanırsan?
Səndən nə qəbahətdi əgər gözləsə bir söz?

Xəbər lenti

DAHA ÇOX XƏBƏR