Yazarlar
Azad Qaradərəlinin "Şəhərcik" romanı çapdan çıxdı
"Qanun" nəşriyyatında yenicə çapdan çıxan “Şəhərcik” yazıçı Azad Qaradərəlinin sayca üçüncü romanıdır.
Müəllif əsərdə günümüzün ən önəmli problemi olan insanın özünün,
onun yaşadığı şəhərinin, ölkəsinin
get-gedə kiçildiyini, əsl insani bağların daraldığını önə çəkmiş,
insanların bir göz qırpımında heyvani şəklə düşdüyünü, onların
əslində göründüyü kimi olmadığını, hətta yedikləri
qidanın belə saxtalığını onlara göstərməklə bəşəriyyəti nələrin təhdid etdiyini verməyə
çalışmışdır.
Ən pisi odur ki, bütün bunların bir səbəbi öz ilkinliyini, bakirəliyini itirmiş təbiət və mühitdirsə, o biri səbəbi heyvani hisslərinə aşırı bağlılığı ilə seçilən insanların özləridir. Əsərin həm qorxunc, həm də düşündürücü bir süjet xətti var: bir gün romanın qəhrəmanı olan Ağaquliyev səhər oyanır və görür ki, şimpanze kimi qapqara qılın, tükün içindədir… Elə bütün qeyri-adi, inanılmaz hadisələr də bundan sonra baş verir.
Romanda bir fikrə iki münasibət görsəniz, təəccüblənməyin. Nədən
ki, əsərin həm “Müəllifdən” hissəsində
(başlıqda), həm də içərilərində rastlaşacağınız özünün ikinci
müəllif olduğunu iddia edən biri də var və o bildirir
ki, əslində əsəri özü yazıb, sadəcə başqasının adıyla çap olunur.
Bir sözlə, qeyri-ənənəvi üslubda yazılan bu romanda oxucunu çoxlu
sürprizlər gözləyir.
-
Rəsmi xronika14:51
Azərbaycan Qırğızıstanla Anlaşma Memorandumu imzaladı
-
Hadisə14:06
Sabiq baş pediatr özünü güllələdi - TƏCİLİ
-
Rəsmi xronika14:05
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Yeniləndi
-
MDB13:33
Simonyanın İspaniyadakı çıxışı Rusiyanı qəzəbləndirdi: Senatorlara göstəriş verildi
-
Qoroskop13:25
Gecə 03:48-də başladı: mayın 10-a qədər... - Astroloqdan ŞOK XƏBƏRDARLIQ
-
İdman12:36
Görün ulduz futbolçuların xanımları hansı peşələrdə çalışırmış - FOTOLAR
-
Magazin112:01
Cavanşir Məmmədova gələn müəmmalı zəng: son sözü bu olub
-
Sosial11:28
Sabah 31 dərəcə isti olacaq