“Ədəbiyyat” qəzetinin işçisindən şok sözlər: “Qəzetimizdə yeyinti var”
Bizi izləyin

Yazarlar

“Ədəbiyyat” qəzetinin işçisindən şok sözlər: “Qəzetimizdə yeyinti var”

“Ədəbiyyat” qəzetinin işçisindən şok sözlər: “Qəzetimizdə yeyinti var”

“Ədəbiyyat” qəzetində gedən yoxlamalara qəzetin şöbə müdiri Adil Cəmil də münasibət bildirib.

O, Teleqraf.com-a açıqlamasında yoxlamaların yeyinti ilə bağlı aparıldığını deyib: “Qəzetin büdcəsi təyinatı üzrə xərclənmir. Ona görə də işçilər arasında narazılıq yaranıb. Müavinlə baş redaktorun maaşları arasında min manat fərq var. Əsas məsələ də baş mühasiblə bağlıdır. O, neçə ildir ki, dörd fərqli ştatın adından əməkhaqqı alır. Bizim məsul katib Atababa İsmayıloğlu da bu məsələ ilə bağlı şikayət edib. Hazırda komissiya işləyir. Biz də nəticələri gözləyirik”.

Adil Cəmil qəzetin rəhbərliyinə gətiriləcəyi ilə bağlı məsələyə də münasibət bildirib: “Hələ ki, mənə bu barədə heç bir şey deyilməyib. Düzdür, saytlar yazırlar ki, rəhbərliyi dəyişmək istəyirlər. Komissiyanın işindən çox şey asılıdır”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm