AYB üzvləri narazı qalıb
Bizi izləyin

Yazarlar

AYB üzvləri narazı qalıb

AYB üzvləri narazı qalıb

“Evləri özümüzün satmağımıza mane oldular”

“Mənzilləri çox ucuz qiymətə satdıq. Şəhərin mərkəzində, kvadratı 1000 manata çox aşağı məbləğdir”.

Bu sözləri Teleqraf.com-a açıqlamasında AYB-dən ev alan şair İlham Qəhrəman bildirib. O, tikinti şirkətinin evlərin satılmasına maneəçilik törətdiyini deyib: “Abidə” MTK mənzilləri özümüzün satmağına imkan vermədi. Mən bir neçə dəfə müştəri aparsam da, Arif Mədətov müxtəlif yollarla evlərin satılmasına maneəçilik yaratdı. Artıq 3 ildir ki, gözləyirik. Məcbur qalıb onun dediyi qiymətlə razılaşdıq. Əlbəttə, bu məbləğlə razılaşmayıb evlərini satmaq istəməyənlər var”.

Şair Xanəmir Telmanoğlu da narazılar sırasındadır. O, mənzilini hələ satmadığını, ancaq hazırda danışıqlar getdiyini deyib: “Dostların bir çoxu evlərini satıblar. Biz hələ ki, satmamışıq, ancaq bununla belə danışıqlar gedir. Mənzillərə verilən qiymətlər biabırçı vəziyyətdədir. Mənə elə gəlir ki, bu işin başında duran tək bir adam var. O, mənzilləri özü alıb, daha sonra istədiyi qiymətə satacaq. Ancaq yenə də heç kimi məcbur edib evlərini əlindən almırlar. Satış hamının razılığı ilə olur. Yəni şikayət etməyə də əsas yoxdur. Ancaq məcbur olub satırsan. Bir mənzil dörd nəfər arasında bölüşdürülüb. İndi həmin dörd nəfərin üçü satmaq istəyirsə, məcbur qalıb sən də satırsan”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm