Yazarlar
Gənc yazarın imza günü keçiriləcək
Elçin Əfəndi özünün "Silinməyən izlər” romanını oxuculara təqdim edəcək
Martın 29-da gənc detektiv yazar Elçin Əfəndinin imza günü və onun bu yaxınlarda nəşr olunmuş "Silinməyən izlər" romanının təqdimat mərasimi keçiriləcək.
Hədəf Nəşrlərinin mətbuat xidmətindən verilən məlumata görə,
tədbir "Kitabevim.Az” kitab marketində baş tutacaq. Ünvan: "28 May"
metrostansiyasının yaxınlığında , Puşkin 26A. Ak Centr 2-ci
mərtəbə.
"Silinməyən izlər” romanı, əsasən, sevgidə buraxılan səhvlərin
sonradan önə çıxması üzərində qurulub.
Romanda cəmiyyət tərəfindən formalaşmış bəzi təfəkkürlərin çürüklüyünə və ailə-məişət mövzusuna, həmçinin dövlət məmurunun özbaşınalığına toxunulub.
Detektiv janrda qələmə alınmış bu romanda baş verən qətl
hadisəsini və oğurluq faktını Daniel adlı xəfiyyə araşdıraraq bütün
olanlara aydınlıq gətirir.
"Hədəf Nəşrləri”nin "XAN Çağdaş Ədəbiyyat silsiləsi”ndə nəşr olunan bu əsər Elçin Əfəndinin "Antiterror” kriminal-detektiv romanından sonra işıq üzü görmüş ikinci kitabıdır. Kitabın redaktoru Müşfiq Xan, dizayneri Teymur Fərzidir.
-
Magazin122:24
Azərbaycanlı bloqer Dubayda çətin vəziyyətdə qaldı - VİDEO
-
Səhiyyə22:12
"Kliniki ölüm insanı “tərəvəz”ə çevirir" - Çingiz Abdullayevdən ilk açıqlama
-
Magazin120:58
İş adamı Manaf Ağayevə ev bağışlayıb? - Özü danışdı
-
Nəqliyyat19:40
Baş nazir elektrik mühərrikli avtomobillərlə bağlı iclas keçirdi - FOTO
-
Dünya18:47
Rusiya Çerniqovu vurdu: çoxlu sayda ölü və yaralı var
-
Yaxın Şərq17:47
İsrail qərar verdi: İranın hücumuna belə cavab verəcəklər
-
Nida Xəbər 17:20
Azərbaycanla bu ölkə arasında viza rejimi ləğv edilir
-
Magazin216:40
Tanınmış müğənninin vəziyyəti pisləşdi - Xəstəxanaya aparıldı