• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

İsmayıl Şıxlının 95 illik yubileyinə həsr olunmuş tədbir keçirildi

  • Yazarlar
  • 29 Mart 2014 10:53
  • 791 Baxış
İsmayıl Şıxlının 95 illik yubileyinə həsr olunmuş tədbir keçirildi

Martın 28-də Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə Səbail rayon MKS-nin Mərkəzi Kitabxanasında Azərbaycanın xalq yazıçısı İsmayıl Şıxlının 95 illik yubileyinə həsr olunmuş “Sənətkar və zaman” adlı tədbir keçirildi.

Tədbirdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı, publisist, tərcüməçi Elmira Axundova, Azərbaycan Jurnalistlər Birliyinin sədri, “Ayna” (“Zerkalo”) qəzetinin baş redaktoru Elçin Şıxlı, professor, filologiya elmləri doktoru Əzizxan Tanrıverdi, kinorejissor, əməkdar incəsənət xadimi Fikrət Əliyev, Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi, əməkdar incəsənət xadimi Aydın Kazımzadə, “Azərbaycan” jurnalının baş redaktoru, əməkdar incəsənət xadimi, tənqidçi, tərcüməçi İntiqam Qasımzadə, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin əməkdaşları, Mərkəzləşdirilmiş Kitabxana Sistemlərinin direktorları, digər tanınmış elm və sənət adamları, o cümlədən, kitabxananın oxucuları iştirak etdilər. Tədbirdə Şıxlı ocağına bələd olan insanların görkəmli sənətkar haqqında xoş xatirələri və maraqlı təəssüratları dinlənildi, onun insani keyfiyyətlərindən söhbət açıldı.

Həmçinin, “Dəli Kür” filmindən parçalar nümayiş etdirildi, İsmayıl Şıxlının həyat və yaradıcılığına həsr olunmuş “İsmayıl Şıxlı - 95” adlı videoçarx və kitab sərgisi təqdim olundu.

baku-art.az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR