İlyas Əfəndiyev yaradıcılığına həsr olunmuş seminar keçirildi
Bizi izləyin

Yazarlar

İlyas Əfəndiyev yaradıcılığına həsr olunmuş seminar keçirildi

Martın 31-də Azərbaycan Dillər Universitetinin (ADU) Filologiya və Jurnalistika fakültəsinin Azərbaycan dili və ədəbiyyatı kafedrasının dosenti Dilbər Zeynalovanın təşkilatçılığı ilə “İlyas Əfəndiyev yaradıcılığının bədii-estetik xüsusiyyətləri” mövzusunda seminar keçirilib.

ADU-nun İctimaiyyətlə əlaqələr Departamentindən Publika.Az-a verilən məlumata görə, seminarda Azərbaycan dili ədəbiyyatı kafedrasının müdiri, professor Fəridə Səfiyeva və 345-347-ci qrupun tələbələri iştirak edib. Seminarı giriş sözü ilə açan dosent Dilbər Zeynalova seminarın prezident İlham Əliyevin “İlyas Əfəndiyevin 100 illik yubileyinin keçirilməsi haqqında” 16 yanvar 2014-cü il tarixli Sərəncamına əsasən keçirildiyini bildirib. D. Zeynalova İlyas Əfəndiyev dramaturgiyasının bədii-stetik məziyyətlərini təhlil edərək onu Azərbaycan mədəniyyəti tarixinin “İlyas Əfəndiyev mərhələsi” kimi səciyyələndirib.

Dosent qeyd edib ki, yazıçının bədii nailiyyətlərlə zəngin irsi ədəbiyyatımızda yeni mərhələnin təşəkkülünə səmərəli təsir göstərib. D. Zeynalova Azərbaycan teatr səhnəsinin müasir simasının formalaşmasında İlyas Əfəndiyev dramaturgiyası özünəməxsusyer tutduğunu diqqətə çatdırıb. O, vurğulayıb ki, ədib “Xurşidbanu Natəvan”, “Şeyx Məhəmməd Xiyabani”, “Hökmdar və qızı” və s. tarixi dramları ilə xalqımızın milli azadlığı və müstəqilliyi uğrunda apardığı mübarizənin, istiqlal məfkurəsinin, azadlıq hərəkatının, milli birliyin və müstəqilliyin bədii tərənnümçüsünə çevrilib.

Seminarda İlyas Əfəndiyevin həyat və yaradıcılığından bəhs edən slayd nümayiş olunub.

Görkəmli dramaturqun yaratdığı obrazların bədii xüsusiyyətləri tələbələr tərəfindən müzakirə edilib, ədibin yaradıcılığı ilə bağlı geniş fikir mübadiləsi aparılıb.

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm