Səməd Behrəngi mükafatına əsər qəbulu başlandı
Bizi izləyin

Yazarlar

Səməd Behrəngi mükafatına əsər qəbulu başlandı

Səməd Behrəngi mükafatına əsər qəbulu başlandı

Hörmətli yazarlar, nəzərinizə çatdırırıq ki, bu mükafat Azərbaycan Diaspor komitəsi və Azərbaycan Yazıçılar Birliyinin birgə layihəsi olan “litdiaspora.az” ın təsis etdiyi mükafatdır. Bütöv Azərbaycan və bötövlük ideologiyasını özündə əks etdirəcək mövzuları işıqlandırmaq şərtiylə 5 nominassiyada qaliblər müəyyən ediləcək.

Ən yaxşı şeir, ən yaxşı hekayə, ən yaxşı publisistik məqalə, ən yaxşı esse və ən yaxşı araşdırma nominassiyalarında ilk iki yeri tutan iştirakçılar mükafatlandırılacaq.

Əsas gərəkli olan sənədlər:

Özü haqqında məlumat, şəkil, əlaqə nömrəsi.

Yazılarınızı [email protected] adresinə göndərə və ya (493-48-21) nömrəsinə zəng edə bilərsiniz.

Qeyd edək ki, şeirlərin sayı 3-dən artıq olmamalı, digər yazılar isə hərəsindən bir ədəd olmaqla qəbul olunacaq.

Müsabiqədə müstəqil Azərbaycan Respublikasının yazarları ilə yanaşı dünyanın hər bir yerində yaşayan azərbaycanlı qələm adamları iştirak edə bilərlər.

Əsərlərin qəbulu may ayının 15-nə qədər davam edəcək

Oxumağa davam et
Reklam
Reklam

Gündəm