Azərbaycanlı generalın şeirləri Türkiyə mediasında
Bizi izləyin

Yazarlar

Azərbaycanlı generalın şeirləri Türkiyə mediasında

Azərbaycanlı generalın şeirləri Türkiyə mediasında

Polis general-mayoru, uzun illər Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin rəisi işləmiş, hazırda Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini olan Həsən Şirinovun şeiri Türkiyədə “Öncə Vətən” qəzetində çap olunub.

“Qafqazinfo” xəbər verir ki, qəzetin bir səhifəsində Həsən Şirinovun Azərbaycanın mərhum prezidenti Heydər Əliyevə həsr etdiyi şeirlər yer alıb.

“Qafqazinfo” fürsətdən istifadə edərək oxuculara generalın bu il martın 18-də-İlaxır çərşənbəsi günü yazdığı, elə sözügedən qəzetdə yayımlanan şeirini təqdim edir:

ÜRƏYİMDƏSƏN

Sevincim də Sənsən, kədərim də Sən!

Varlığın sevincdir, yoxluğun kədər...

Köksümdə döyünən ürəyim də Sən,

Unuda bilmirəm, ürəyimdəsən!

Zülmətə nur saçan günəş də Sənsən!

Çəkdiyin zəhmətlər getmədi hədər!...

Azəri yurdum da, elim də Sənsən...

Unuda bilmirəm, ürəyimdəsən!

Fitri istedadlı, uzaqgörənsən...

Tarixdə yaratdın çox möcüzələr!

- “Azərbaycanlıyam” – fəxrlə dedin Sən,

Unuda bilmirəm, ürəyimdəsən!

Özünü sevdirdin əməlinlə Sən,

Bir dövlət qurdun ki, dünyalar qədər!

Qəlbimdə qoyduğun abidənləsən!

Unuda bilmirəm, ürəyimdəsən!

Xalqın gələcəyin düşündükcə Sən,

İlham tək böyütdün siyasi rəhbər!

Özündən sonra da qalib gəldin Sən!

Unuda bilmirəm, ürəyimdəsən!

Beləcə, bu gün də, Sən bizimləsən...

Millətin, Mehriban, olub səfərbər!

Yolunu gedirlər – sanki özünsən!

Unuda bilmirəm, ürəyimdəsən!

Açdın xoşbəxtliyi üzümüzə Sən!

Ruhun şad olsun ki, gülür hər səhər!

Tanrıdan tükənməz sərvətimizsən!

Unuda bilmirəm, ürəyimdəsən!

Oxumağa davam et
Reklam
Reklam

Gündəm