Yazarlar
“Hədəf” Oxucu Klubu fəaliyyətə başladı (R)
Gənclərin ilk müzakirə obyekti Nihal Atsızın “Ruh adam” romanı olacaq.
Gənclər arasında mütaliənin təbliği və oxucuların şəbəkələşməsinə dəstək məqsədi ilə “Hədəf” Oxucu Klubu fəaliyyətə başlayıb.
Hədəf Nəşrlərinin layihəsi olan bu kluba nəşriyyatın redaktoru, gənc yazıçı Rüfət Əhmədzadə rəhbərlik edir.
Layihə barədə məlumat verən R. Əhmədzadə bildirib ki, kitab bazarının tədricən inkişaf etməsinə baxmayaraq, oxucular arasında şəbəkələşmənin və kitab müzakirələrinin istənilən səviyyədə olmaması yeni formatda oxucu klubu üçün zərurət yaradıb.
Onun sözlərinə görə, klub həm yerli, həm də xarici yazarların əsərlərinin müzakirəsini təşkil etmək, həmçinin gələcəkdə müxtəlif gənc yazarların təqdimat və təbliğat işlərinə yardım etmək məqsədi daşıyır: “Fəaliyyətimizdə nəşriyyat fərqi qoymayacağıq. İdarə Heyəti funksiyasını yerinə yetirən, on beş nəfərdən ibarət əsas komandamız var ki, istənilən təklifi müzakirə edəcək, ayda ən az iki tədbir keçirəcəyik. Həmçinin xarici yazarların da oxucularla real və ya virtual görüşünü təşkil etməyi planlaşdırırıq”.
Rüfət Əhmədzadə qeyd edib ki, "Hədəf" Oxucu Klubu fəaliyyətinə Türkiyə yazıçısı Hüseyn Nihal Atsızın "Ruh adam" romanının müzakirəli təqdimatı ilə başlayacaq. Tədbir aprelin 6-da, saat 13:00-da Kitabevim.Az kitab marketində keçiriləcək.
Ünvan: 28 may metrostansiyasının yaxınlığı (Dəmiryol xəstəxanası tərəfdə), "AK Center", ikinci mərtəbə.
-
Sosial15:10
Cavanşir Məmmədovun dəfn yeri açıqlandı
-
Hadisə14:20
Azərbaycanlı iş adamı öldürüldü
-
Maraq dünyası13:35
Dünyanın ən gənc və ürəyi boş milyarderi: Bu müəmmalı şəxs niyə hamıdan gizlənir?
-
Hadisə13:01
Cavanşir Məmmədov vəfat etdi
-
Hadisə12:30
Maşınlarını tıxacda saxlayıb dalaşdılar - VİDEO
-
Sosial11:55
Əli Əsədov qərar imzaladı
-
Sosial11:25
Ömrü yarıda, pulu havada qalanlar: Pensiya kapitalı varislərə qaytarıla bilər?
-
Hadisə11:10
Azərbaycanın əməkdar artisti vəfat etdi - FOTO