• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

Suat Turqutun "İbad” romanının təqdimatı olacaq

  • Yazarlar
  • 2 Aprel 2014 18:29
  • 493 Baxış
Suat Turqutun "İbad” romanının təqdimatı olacaq

Qarabağ müharibəsinin canlı əfsanəsi, "Azərbaycan bayrağı” ordenli İbad Hüseynova həsr olunmuş sənədli cizgi romanının təqdimatı keçiriləcək.

Hədəf Nəşrlərindən Publika.az-a verilən məlumata görə, Azərbaycan, türk və rus dillərində nəşr olunmuş "İbad” sənədli cizgi romanının müəllifi Suat Turqut, Azərbaycan dilinə tərcüməçisi Şəmil Sadiq, redaktoru Rüfət Əhmədzadədir.

Yaxın zamanlarda kitabın ispan, alman, macar, yunan və erməni dillərinə də tərcüməsi planlaşdırılır.

Kitab Hədəf Nəşrləri ilə əməkdaşlıq çərçivəsində işıq üzü görüb. "İbad”romanının təqdimatı aprelin 4-də saat 12:00-da Bakı Atatürk Mərkəzində baş tutacaq.

Aprelin 5-də isə saat 11:00-da "Kitabevim.Az” Kitab Marketində Suat Turqutun imza günü və İbad Hüseynovla

görüş baş tutacaq.

Erməni terrorçusu Monte Melkonyanı məhv etməsiylə məşhur olan İbad Hüseynova həsr olunmuş bu romanda yalnız Qarabağ müharibəsi yox, Azərbaycan, Türkiyə və ümumiyyətlə, Türk dünyasının tarixində baş verən önəmli hadisələrə toxunulmuş, böyük şəxsiyyətlərdən söz açılmışdır.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR