• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

“Muğanna Əylislini qəbul etmir, yaxın da buraxmırdı”

  • Yazarlar
  • 4 Aprel 2014 09:58
  • 860 Baxış
“Muğanna Əylislini qəbul etmir, yaxın da buraxmırdı”

Əkrəm Əylislinin İsa Muğanna barədə dediyi fikirlər sərt reaksiya doğurdu

Əkrəm Əylisli Azadlıq Radiosunun efirində İsa Muğanna (Hüseynov) və onun əsərləri barədə sərt fikirlər səsləndirib.

Publika.Az xəbər verir ki, Əylislinin bu fikirləri İsa Muğannanın yaxınlarının qəzəbinə səbəb olub.

İsa Muğanna ilə son zamanlarda çox yaxın olan və onun kitablarının yenidən çap olunmasına dəstək verən AMEA Nizami adına Ədəbiyyat İnstitutunun direktor müavini Şəmil Sadiq bu məsələyə belə münasibət bildirib.

“O verilişə telefonla bağlanmışdım. Təəssüflər olsun, sonra əlaqə itdi və verilişə qoşula bilmədim. Çünki verilişə telefonla qoşulan Əkrəm Əylisli İsa Muğannanın yaratdığı Muğanna İdeologiyasını nağıl, ona dəyər verənləri isə milli faciə əlaməti kimi qiymətləndirdi. Üstəgəl özünü İsa Muğanna ilə dost, qardaş kimi qələmə verdi. Birinci Millət anlayışını dərk edə bilməyən, Azərbaycançılıq ruhunu erməni ruhuna dəyişən Əkrəm Əylislinin İsa Muğannaya qiymət verməyə, onun Muğanna yaradıcılığını milləti parçalamağa və dini qarışıqlıq yaratmağa xidmət edir deməyə haqqı çatmır. Milli düşüncəni daşımayan birisinin millətin taleyindən danışmağa heç kim icazə vermir və qəbul etmir. İkinci bu gün İsa Muğannaya olan hörməti görüb özünü onun dostu kimi təqdim etməsi ədəbdən kənardır. Özü də yaxşı bilir ki, İsa Muğanna onu qəbul etmir, yaxın da buraxmırdı. Bu haqda dəfələrlə söhbətimiz olub. Ağsaqqal yazıçının bu cür danışmağı ayıbdır”.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR