Qabriel Qarsia Markes xəstəxanaya yerləşdirildi
Bizi izləyin

Yazarlar

Qabriel Qarsia Markes xəstəxanaya yerləşdirildi

Qabriel Qarsia Markes xəstəxanaya yerləşdirildi

Dünya ədəbiyyatının nəhəngi, yazıçı Qabriel Qarsiya Markes Mexikodakı xəstəxanalardan birinə yerləşdirilib. Bununla bağlı Meksika Dövlət Tibb Xidmətindən məlumat verilib.

Yazıçının səhhətində hansı problemin olduğu ilə bağlı açıqlama verilməyib. Azərbaycanda da "Gözlənilən bir qətlin tarixçəsi", "Dünyanın ən gözəl ölüsü", "İsabel Makondada yağışa baxır", "Polkovnikə yazmırlar", "Patriarxın payızı", "Yüz ilin tənhalığı" və s. əsərləri ilə məşhur olan və sevilən Markes Migel Servantes dövründən ən tanınmış ispandilli yazıçıdır. Onun 87 yaşı var və bunun son 30 ilini Meksikada yaşayıb ("Musavat.com").

Oxumağa davam et
Reklam
Reklam

Gündəm