Kiçik İskəndər: “Ölmək mükafat almaqdan böyük işdir” - Video
Bizi izləyin

Yazarlar

Kiçik İskəndər: “Ölmək mükafat almaqdan böyük işdir” - Video

Kiçik İskəndər: “Ölmək mükafat almaqdan böyük işdir” - Video

Türkiyədə hər il “Can” Nəşriyyatının yaradıcısı Ərdal Özün xatirəsinə həsr olunan “Ərdal Öz Ədəbiyyat Mükafatı” bu il Kiçik İsgəndərə verilib.

“Axar.az” Türkiyə mətbuatına istinadən xəbər verir ki, Kiçik İsgəndər mükafatını Pera Palasda təşkil edilən mərasimdə alıb. Gecənin aparıcılığını Ərdal Özün oğlu, “Can” Nəşriyyatının rəhbəri Can Öz edib. Öz çıxışında bunları deyib: “Ölkə çətin günlərini yaşayır. Buna baxmayaraq, bura gələn hər kəsə təşəkkür edirəm. “Ölmək, mükafat almaqdan böyük işdir”! Qısa müddətli konsertdən sonra münsiflərdən biri olan Fəridə Çiçəkoğlu bu ilki Ədəbiyyat Mükafatını məmnuniyyətlə Kiçik İskəndərə vermək qərarına gəldiklərini deyib. Mükafatı alan K.İskəndər çıxışında bunları deyib: “Normalda danışıq nitqi hazırlamaq xasiyyətim deyil... Lakin bu mükafat məni çox həyəcanlandırdığı üçün demək istədiklərimi unutmaq istəmədim. Təxmin edərsiz ki, uşaqların öldüyü bir ölkədə yaşamaq, yazmaq mənasız gəlir bəzən. Mən bu mükafatı o uşaqlar üçün alıram, demək istərdim. Amma ölmək mükafat almaqdan böyük işdir”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm