• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Seksual manyak - Valideynləri onun qardaşını öldürüb yemişdilər

  • Yazarlar
  • 4 Aprel 2014 14:43
  • 4 802 Baxış
Seksual manyak - Valideynləri onun qardaşını öldürüb yemişdilər

Özünü sevmək yaxşıdı, amma yalnız özünü sevmək pisdi...

Düşünürəm ki, Adrey Çikatilo haqqında çoxunuz artıq eşitmisiz. Onun haqqında yetərincə internet resursları tapmaq olar. Biz Çikatilonun törətdiyi cinayətləri təsvir etmək fikrində deyilik. Çalışacağıq ki, ən vacib suala cavab verək: A.Çikatilo niyə manyak oldu?

Əslində, onlarla insanı vəhşicəsinə qətlə yetirmiş, yüzlərlə insanın həyatını zəhərləmiş, milyonlarla insanın nifrətinin qazanmış bir manyaka yazı həsr etmək, oxucunun “seksual” və “manyak” sözünə olan şüuraltı marağından hiyləgərcəsinə istifadə edərək onu bu yazını oxumağa “vadar etmək” qınanılası hərəkətdir. Müəllifi qınayırıq!

Sizi bu yazını elə buradaca saxlamağa, ümumiyyətlə, saytın pəncərəsini bağlamağa (yuxarı sol küncə “x” işarəsi məhz belə hallar üçün nəzərdə tutulub) dəvət edirik!

Ay saxladınız ha! Ay bağladınız ha! (Müəllif qalibanə bir görkəm alaraq gülümsəyir)

Birbaşa desək, Andrey Çikatilo seksual manyakdır. Vəssalam! Amma...

“Amma”sı odur ki, Çikatilo fenomeni psixologiya elminə yeni anlayış gətirib: “Çikotilo sinrdomu”. Çikatilo haqqında ona yaxın kitab yazılıb, yüzlərlə elmi araşdırma aparılıb. Çikatilo həbs edilməzdən öncə onun ifşa edilməsində polislərə yaxından kömək etmiş görkəmli rus psixiatrı A.Buxanovski sonralar manyakal qatillərin davranışları, onların müalicə edilməsi, manyakların yetişməsinin qarşını alması ilə bağlı dəyərli elmi araşdırmalar aparmışdır. Çikatilo haqqında yazılan kitablardan bir neçəsinin də müəllifi məhz Buxanovskidir.

Buxanovski əmindi ki, əgər erkən yaşlarda aşkarlansa, insanın manyaklaşmasının qarşısını almaq mümkündür. Çikatilo və digər seksual manyaklar üzərində aparılmış genetik araşdırma sübut edib ki, manyakların geni ilə digər, necə deyərlər, səni-məni kimi adamların geni arasında heç bir fərq yoxdur.

Pis çıxmasın, manyaklarda elə bizim kimi adamlardılar...

Çikatilo etiraf edir ki, 30-cu illərin aclığı zamanı onun valideynləri öz böyük uşaqlarını öldürmüş və yemişdilər. Amma bu faktın özü belə manyakal davranışın genetik olduğuna sübut deyil. Bu haqda bir az sonra... (Hörmətli oxucu, nəzərə alın ki, yazı cinayət haqqındadır və mən yazını dedektiv janrının xüsusiyyətlərinə uyğunlaşdırmağa məcburam.)

Andrey Çikatilo ilk qətlini 1978-ci ildə, 42 yaşında törədib. Həbs olunanda isə onun artıq 54 yaşı var idi. Bu vaxt ərzində Çikatilo 56 nəfəri zorlayaraq qətlə yetirmişdi. Qurbanlarının əksəriyyəti isə uşaqlar (Çikatilo bu məslədə oğlan və qız ayrıseçkiliyi etmirdi) idilər. Bəs bu qədər zaman ərzində cinayətkarı ifşa etməyə nə mane olurdu? O, peşəkar qatil idimi? Xeyr! Çikatilo bununçün xüsusi heç nə etmirdi. Qurbanını təsadüfi olaraq seçir, zorlayır və amansızcasına öldürürdü, təxminən 50-60 bıçaq zərbəsi ilə.

Problem onda ki, manyak anlayışı insanların təfəkküründə hansısa qorxunc sima ilə asossiasiya edilir. Bizə elə gəlir, manyakın hansısa xüsusi əlamətləri var. Aparılan praktik təcrübələr göstərir ki, insanlar manyakı üz cizgilərinə görə müəyyən etmək istəyərkən BÜTÜN HALLARDA yanılırlar. Çikatilonun qurbanları bu alicənab, məsum simalı, sakit, mehriban insana düşünmədən etibar edirdilər. İnsan beyninin bu xüsusiyyəti Çikatilonun xeyrinə işləyirdi.

Çikatilonun heç bir zərərli vərdişi yox idi: o, içki içmirdi, siqaret çəkmirdi.

Odur ki, əziz atalar, qızınıza elçi gələndə onsuz da sözə necə başlayacaqlarına qərar verə bilməyən oğlan adamlarına mənasız suallar verməyin: “Oğlan araq içirmi?”, ay nə bilim, “siqaret çəkəndimi?”, “nəşə ilə arası necədi?” Əminəm ki, sizə manyak kürəkən lazım deyil.

Çikatilo əsl Sovet adamı idi. Orta məktəbi “beş”lə oxumuşdu. Bir neçə ali məktəb biritmişdi. İşində nöqsan yox idi. Onun törətdiyi qətllər yerli əhalini qorxuya salanda siravi vətəndaşlardan ibarət dəstələr yaradılmışdı, onlar gecə və gündüz keşik çəkir, itmiş uşağı axtarır, polisə kömək edirdilər. Çikatilonun özü də onların içindı idi. Əsl vətəndaş belə olar!

Çikatilo sədaqətli və mehriban ər idi. Öz həyat yoldaşına “Yeni il” münasibətilə göndərdiyi açıqcada yazırdı: “Mənim əzizim, aşkım, balam, ürəyim, sevgilim, Fira, səni dünyalar qədər sevirəm! Allah bizi ayırmasın! A+F=Love”

Çikatilo qayğıkeş ata idi. Hələ bir dəfə dünyalar qədər sevdiyi həyat yoldaşını oğlunun üstünə qışqırdığına görə möhkəmcə danlamışdı, sonra isə çox nadir hallarda istifadə etdiyi ən ağır söyüşünü söymüşdü: “Fira, sənin ürəyin lap daşdandır ki!”

Çikatilo öldürməyə qarşı idi. Onu tanıyanlar danışırlar ki, Andrey əmi hətta adicə toyuq başı kəsməyi də bacarmırdı, arvadı ona bu cür qəddar işi tapşıranda adətən qonşulara müraciət edərdi.

Ümid edirəm ki, bu FAKTlarla sizin təsəvvürünüzdəki güclü və qorxunc manyak obrazını dağıda bildim.

Əslində, manyaklar cılız və qorxaq insanlardılar. (“İnsan” sözündən istifadə etdiyimə görə, bütün bəşəriyyətdən üzr istəyirəm!) Məsələn, Çikatilo özünü öldürmək qərarına gəlmişdi, hətta əvəlcədən özü üçün qəbir də hazırlatmışdı. Amma o bunu bacarmadı. Həmin qəbirə isə öz növbəti, 46-cı qurbanını- 10 yaşlı oğlan uşağının cəsədini gömdü...

Maraqlı faktdır ki, bu tip qatillərin həbs edildikdən sonra intihara cəhd etmələri ilə bağlı heç bir fakt yoxdur. Manyaklar özlərini çox sevirlər. Amma yalnız özlərini.

Özünü sevmək yaxşıdı, amma yalnız özünü sevmək pisdi...

Qəribədir ki, bu yazını yazarkən mən Çikatiloya nifrət hiss etmirəm, ona sadəcə, yazığım gəlir! Çikatilo nifrətə belə layiq deyil!

Çikatilo niyə manyak oldu?

Çikatilo 1936-ci ilə Ukraynanın ucqar bir kəndində doğulub. Uşaqlığı aclıq illərinə təsadüf edir. Bayaq qeyd etdiyim kimi valideynləri onun böyük qardaşı Stepanı öldürmüş və yemişdilər. Andrey bunu bilirdi. Hətta anası onu hədələyərək deyirdi: “Bax özünü yaxşı aparmasan, səni də yeyərik!”

Təsəvvür etməyə çalışın, uşaq psixologiyası bu cür ailədə necə sağalmaz travmaları ala bilərdi.

Çikatilo kasıblıq içində böyüyüb. Sonralar bu onun xarakterinin əsas əlamətini müəyyən etdi: o çox xəsis idi. Heç nəyi atmazdı, hər şeyə qənaət edərdi. Hətta cinayət alətlərini- bıçaqlarının da atmağa əli gəlmirdi. Evində saxlayırdı. Sonralar istintaq onun evində 50-ə yaxın bıçaq aşkarladı.

Deyirlər ki, İkinci Dünya müharibəsi illərində alman ordusu Çikatilo doğulduğu kəndi də işğal edir. Alman zabitlərindən biri Çikatilonun anasını zorlayır. Bütün bunlar isə balaca Andreyin gözü qarşısında baş verir.

Çikatilonun gözləri zəif görürdü, onu uşaqlıqda ələ salardılar. Bu onda özünə inamsızlıq, özünə nifrət, müxtəlif komplekslər yaratmışdı. Hər zaman özünə qapanar, heç kimlə danışmazdı. Çikatilonun dostu yox idi.

Özünə inamsızlıq qadınlarla münasibətdə maneələr yaradırdı. Qızlar onu adam yerinə qoymurdular. Hətta ilk sevgilisi evlənmək ərəfəsinə onu rədd etmiş və bütün rəfiqələrinə yaymışdı ki, Andrey kişi kimi heç nəyə yaramır. Çikatilo impotent idi. O seksdən zövq ala bilmirdi.

Bütün bunlar isə onun psixikasını formalaşdırır və onu qəddar bir manyaka çevirirdi. Sübut olunub ki, əksər hallarda o, öz qurbanını öncə başına zərbə vurmaqla kor edir, sonra zorlayır və öldürürdü.

Çikatilo məhz ona görə uşaqları seçirdi ki, bu cür qeyri-bərabər mübarizədə özünü güclü hesab edir, izaholunmaz ruhi sakitliyə qərq olurdu. Yalnız bundan sonra cinsi əlaqəyə hazır olurdu.

Sonralar araşdırmalar göstərdi ki, bu cinayət hallarında, Çikatilonun beyni nə etdiyinin fərqində deyildi, bütün işi onun şüuarltı qatı görürdü. Çikatilo öz psixikasının quluna çevrilmişdi.

Araşdırmalar göstərir ki, manyakların, demək olar ki, hamısı impotensiyadan əziyyət çəkirlər.

Manyakları ifşa etmək digər qatillərlə müqayisədə daha çətindi. Çünki manyaklar öz qurbanlarını təsadüfən seçirlər, heç bir motiv olmur. Cinayətlərin açılmasında isə motiv həlledici rol oynayır.

Çikotila həbs ediləndə onu illər öncə Buxanovskinin hazırladığı foto-robotla tutuşdurdular, tam uyğun gəlirdi. Buxanovski manyakın beyninə girməyi abacarmışdı.

Çikatilo 1990-ci ilin noyabrında sırf təsadüf nəticəsində həbs olunur, onu qətllərin törədildiyi meşə massivinin yaxınlığında görən olmuşdu. Məhkəmə ən ağır cəzanı təyin edir: güllələnmə yolu ilə edam. 1994-cü ilə hökm həyata keçirilir.

Bu hadisələrdən sonra Buxanovski manyaklaşmanın qarşısının alınması üçün çalışır. Rusiyada ilk özəl psixoloji yadrım klinikasınını açır. Valideynlərə müraciət edir ki, əgər uşaqlarınızda özünə qapanma, aqresiya, ev heyvanlarına qarşı qəddar davranış sezsəniz, yubanmadan psixoloqa aparın.

“Çikatilo sindromu” termini özgüvənsiz, özünə qapanmış uçaqların psixoloji vəziyyətinin təsviri zamanı istifadə edilir.

Danışırlar ki, bir gün Buxanovskinin klinikasına Roman adlı bir uşaq gətirirlər. Romanın atası onun ev heyvanlarına qarşı qəddar davranışından narahatdır. Buxanovski 11 yaşlı bu uşağın potensial manyak olduğunu aşkar edir və onu müalicə etməyə başlayır. 10 illik müalicədən sonra Romanın cəmiyyət üçün təhlükəli olmadığı müəyyənləşdirilir və Buxanovski onun klinikadan buraxılmasına razılıq verir. Təxminən iki il sonra Roman həbs edilir. O, iki azyaşlı uşağı zorlamaqda və qətlə yetirmətdə günahlandırılır. Buxanovski keçmiş posienti ilə görüşmək, onu yenidən müayinə etmək qərarına gəlir. Görüş zamanı Roman Buxanovskiyə deyir:

-Doktor, vay o gündən ki, məni bir də buraxalar! Mən Çikatilonu geridə qoyacam!

İkinci Mahmud

Yazının əvvəlini bu linkdən oxuya bilərsiniz:

http://publika.az/p/12741

Xəbər lenti

DAHA ÇOX XƏBƏR