Suat Turqutun "İbad” romanının təqdimatı oldu - Fotolar
Bizi izləyin

Yazarlar

Suat Turqutun "İbad” romanının təqdimatı oldu - Fotolar

Suat Turqutun "İbad” romanının təqdimatı oldu

Türkiyəli naşir Azərbaycanın bir sıra qəhrəmanları ilə bağlı cizgi romanları dərc edəcək

Qarabağ müharibəsinin canlı əfsanəsi, "Azərbaycan bayrağı” ordenli İbad Hüseynova həsr olunmuş sənədli cizgi romanının silsilə təqdimatları keçirilib.

Hədəf Nəşrlərindən verilən məlumata görə, Azərbaycan, türk və rus dillərində nəşr olunmuş "İbad” sənədli cizgi romanının müəllifi Suat Turqut, Azərbaycan dilinə tərcüməçisi Şəmil Sadiq, redaktoru Rüfət Əhmədzadədir.

Birinci təqdimat mərasimi aprel ayının 4-də Bakı Atatürk Mərkəzində, ikinci təqdimat və imza günü isə Kitabevim.Az kitab marketində baş tutub.

Yüzdən çox oxucunun və KİV nümayəndəsinin iştirak etdiyi tədbiri giriş sözü ilə açan filoloq, Hədəf Kurslarının baş direktor müavini Elxan Nəcəfov bildirdi ki, türkiyəli naşir Suat Turqutun cizgi romanları ilə bağlı öz ölkəsində gördüyü işlər sırasına İbad Hüseynova aid kitabı da daxil etməsi Azərbaycan-Türkiyə qardaşlığının bariz nümunəsi kimi qeyd olunmalıdır.

“Azərbaycan bayrağı” ordenli müharibə iştirakçısı İbad Hüseynov ona verilən dəyərə görə hər kəsə təşəkkür etdi. O, bildirdi ki, onunla çiyin-çiyinə döyüşmüş müharibə yoldaşlarını unutmayıb və Vətən uğrunda canından keçən hər bir Azərbaycan oğlunun və qızının xatirəsini əziz tutmaq vacibdir. İ.Hüseynov vurğuladı ki, cəmiyyətin möhkəm və sağlam ruhda formalaşması üçün daim vətənpərvərliyin təbliğində maraqlı olub, bu istiqamətdə iş görən hər bir kəslə əl-ələ verməyə hazırdır.

“2023 Yayımcılık” şirkətinin İdarə Heyəti sədri, “İbad” romanın naşiri Suat Turqut bildirdi ki, sağlam gəncliyin formalaşmasında bu tip kitabların böyük rolu var: “İndiyə qədər, kitab bazarlarımızda üstünlüyü xarici ölkələrin udyurulmuş qəhrəmanlarına aid kitablar saxlayırdı. Lakin bizim gerçək qəhrəmanlarımız var və onları övladlarımıza tanıtmalıyıq. Xüsusilə də, yaşayan qəhrəmanlarımızın dəyərini bilməli, onların qiymətini sağlıqlarında verməliyik.”

O, “İbad” romanının Azərbaycan türkçəsində nəşri və yayımında göstərdiyi dəstəyə görə Hədəf Nəşrlərinə öz minnətdarlığını bildirdi. Naşir onu da əlavə etdi ki, yaxın zamanlarda kitabın ispan, alman, macar, yunan və erməni dillərinə də tərcüməsi planlaşdırılır.

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktor müavini, f.ü.f.d. Şəmil Sadiq qeyd etdi ki, Qarabağ müharibəsindəki qəhrəmanlıqlarıyla məşhur olan İbad Hüseynova həsr olunmuş bu romanda yalnız Qarabağ müharibəsi yox, Azərbaycan, Türkiyə və ümumiyyətlə Türk dünyasının tarixində baş verən önəmli hadisələrə toxunulmuş, böyük şəxsiyyətlərdən söz açılmışdır. O, bir ədəbiyyatşünas olaraq, cizgi romanlarının yenilikçilik və maarifçilik baxımından böyük əhəmiyyət daşıdığını vurğuladı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm