Erməni acgözlüyü və faşizm
Bizi izləyin

Yazarlar

Erməni acgözlüyü və faşizm

Sosiologiyada faşizmin iki növü ayrılır. Bunlardan birincisi fərdi faşizmdir. İnsan bəzən aldığı yaralardan, pis ailə durumu və sosial statusdan dolayı ətrafa nifrət duyur. Aşırı milliyətçi siyasət adamlarının portretlərində də ya natamam şəxsi yetişməzlik yaxud da zorakılıq və sair hallarına rast gəlinir. Məyusluq beyinə təkan verir, nəticədə uğursuz insanlar mübarizədən yorulur və nifrət oxları özündən olmayanların hamısına tuşlanır.


Faşizmin ikinci növünü kollektiv şüurun irqçiləşdirilməsi təşkil edir. Bu, artıq daha çətin və dözülməz mənzərə yaradır. Özü də sosial qrupların və bütöv etnosların kütləvi faşizmə meyili də baş vermir. Bəzən məcburi təlqinetmə və siyasi iqtidarın basqıları çoxluğun ali millət və özününküləşdirmə səfsəfəsi ilə zəhərlənməsinə rəvac verir.

Toplumsal faşizm artıq bir sıra mənzərələri gözümüzün önündə məharətlə canlandırır. Qəsbkarlıq ictimai irqçi formasiyanın birinci təməlidir. Maddi və mənəvi qəsb, talan, başqasının haqqlarını və olanını çırpışdırmaq milli xəstəlikdən başqa bir şey deyil və nevropatologiya bunların dəqiq izahını verir. Oğurluq, vicdansızlıq və bütün vicdani deqradasiya proseslərinin təbiiləşdirilməsi və ləyaqətsizliyin adi bir hal kimi qəbul edilməsi bu halda məqbul olur.

Freyd izah edir ki, insanın ödənilməyən tələbatları qeyri-şüuri nizamsızlığı oyadır. Eləcə də freydist Fromm kütlələrin nəzarətdən çıxaraq heyvanla insanın ayrılmaması erasına geri dönüş etdiyini təəsüflə vurğulayırdı. Yəni, sən hamıdan üstün olduğuna özünü inandırırsan, bunu adi və təbii bir şey kimi beyinlərə ötürürsən, qadın, uşaq demədən milli düşmənçilik ədavətlərini təbliğ edirsən və inanırsan ki, bununla qondarma milli identikliyi qoruyacaqsan, hamı sənin əzəli keçmişin və tarixin olduğunu zənn edəcək. Halbuki, faşist strateqlər bir şeyi anlamırlar ki, artıq 21-ci əsrdir və bu çağın faşist reaksiyalara ən böyük cavabı İKT sistemidir. İnformasiya məkanının sərhədsizliyi ədalətsizliyin qarşısındakı ən böyük baryerdir.

Dünyanın insan birliklərindəki vəhşi meyillərlə bağlı ixtisaslaşmış ən önəmli psixoloq və fikir adamlarından olan Teodor Adorno faşizmi psixoloji motivasiyanın olmamağı ilə izah edir. Adornonun tezislərində lider və rəhbər faktoru faşizmin tərəqqisində əsas meyillərdən biri hesab olunur. Tutaq ki, alman nasistləri necə ki yəhudilərin şeytan olduqlarını uydurub, buna güclü bağlanırdısa, eyni zamanda onlara bu manyakal ideyaları sırıyan liderlərə və ideoloqlara da o qədər güclü bağlılıq və sədaqət nümayiş etdirirdilər.

Faşizmi anatomiya və sosial elmlər qrup psixologiyasının ən pis halı hesab edirlər. Burada kütlələr nəzarətdən çıxır, öz super eqosunu ələ almaqda çətinlik çəkən insanlar isə artıq dağıdıcılıq və yırtıcılığı normal bir şey kimi qəbul edirlər. Elmdə qrup psixologiyası həm sosial təkamülün avanqardı hesab olunur, həm də yanlış yönləndiriləcəyi təqdirdə çox çətin mənzərələri yaradan məfhum kimi nəzərdə tutulur. Bütün bunların fonunda tarixi prosesi araşdıranda şişirtmədən deyə bilərik ki, ermənilik və erməni faşizmi artıq nəzarətdən çıxmış çoxpilləli psixoloji prosesdir.

Heç təsadüfi deyil, tarix boyu milli rəhbərlərinin manipulyasiyaları ilə beyini yuyulan erməni siyasi dairələri və lobbi saxta tarixlə var olma mücadiləsi ortaya qoyduğunu zənn edir. Həyasızca və ikrah doğurucu formada başqasının ərazisinə, musiqisinə, hətta yeməyinə belə tamah salır. Acgözlük və qarınqululuq bir millətin siyasi mövcudluq predmetinə çevrilir. Ona görə, erməni prezidenti Ağrı dağına iddia etmək ayıbını nümayiş etdirir, bütün qınaqları nəzərə alaraq Qaregin Nijde kimi irqçinin heykəlini paytaxtında nümayiş etdirməyə cəhd göstərir.

Ermənillərin haqqında fəxrlə danışdığı yalnız Nijde deyil, Andranik ismini də unutmayaq. Bu adam öz qeydlərində qətliamı necə də iştahla təsvir edir, adamın tükləri biz-biz olur: “Mən heç bir şeyin fərqində olmadan bütün Basarkeçər türklərini məhv etdim. Amma güllələrdən istifadə etmək istəmirdim, heyfim gəlirdi, bu insanları məhv etmənin ən asan yolu hamısını bir quyuya doldurmaq və üzərlərini daşlarla doldurmaq idi. Mən də elə etdim, bütün qadın, kişi və uşaqları quyulara yığdım və ağızlarını daşlarla örtərək onları ölümlə üz-üzə qoydum”.

Normal zehini və düşüncə qabiliyyəti olan başqa hansı xalq və siyasətçi çoxluğu belə qəddar və azğın bir adamı qəhrəman kimi qələmə verər?

Ermənilərin bütün ali tədris proqramlarında qəhrəman kimi təbliğ etdiyi digər bir ismə diqqət yetirək. Dro ləqəbli Drastamat Kanayan da vəhşiliyi və psixoloji manyaklıq halı ilə Andranikdən heç də fərqlənmir. Dro həm 1905-ci ildə Bakıdakı türk qırğınlarında, həm də Osmanlıya qarşı xain planlarda ən məkrli üsullardan istifadə etdi. Ermənistanın mafioz klanı 2000-ci ildə ABŞ-dan Dronun məzarının Ermənistana köçürdü. Hər il xüsusi günlərdə azyaşlı erməni uşaqların onun məzarına kütləvi ziyarətlərini təşkil edirlər. Körpə şüurları zərərli və utanc duyulası adamların siması ilə dumanlanmağa davam edir.

1918-ci ilin sonlarında Zəngəzurda 115-dən çox Azərbaycan kəndi dağıdıldı. 3200 kişi, 2700-dən artıq qadın və 2196 uşaq insanlığa sığmayacaq şəkildə öldürüldü. Andranik, Dro və silahlı “Hamazasp” terror təşkilatları əliyalın insanlara qarşı tarixin ən böyük soyqırımlarından birini gerçəkləşdirdi. Tarixi bir insanlıq suçu ortada ikən Qərbin qalstuklu, şlyapalı “misterləri” Türkiyəni saxta ittihamlarla təzyiq altında saxlamağa cəhd edir və avtomatik olaraq bu faşist şouya əl çalmağa davam edirlər.

Qarabağ müharibəsi zamanı Ermənistan qüvvələrimizə qarşı “Arabo” adı altında Naxçıvanda, o cümlədən Qarabağda terror-təxribat və işğal əməliyyatları aparmaq üçün eyni adlı iki terror dəstəsi formalaşdırdı. Birinci dəstə, 1988-ci ildə Dəvəli (Ararat) şəhərində yaradılıb. Hərbi Şuraya malik olan bu dəstənin bazası əsasında 1992-ci ildə rayonun motoatıcı taborunun ikinci bölüyü formalaşdırılldı.

Dəstənin ilkin fəaliyyətinin hansı sferada olmasını Markar Melikonyanın “Mənim qardaşımın yolu” adlı kitabından daha yaxşı anlayarıq. Kitabda “Keçəl” ləqəbli erməni döyüşçüsü Sergeyin etdiyi qəddarlıqlar təsvir olunub: “1990-cı ilin noyabrında Keçəl sərhəddə yerləşən kənddən Azərbaycan Xalq Cəbhəsinin bir gənc fəalını oğurladı. Səid adlı azərbaycanlı gənc, bir aya yaxın Yerevan yaxınlığında yerləşən bir bağ evində divara zəncirlənmiş vəziyyətdə qaldı. Keçəl Səidin boğazını küt bıçaqla kəsməyə başladı. Əvvəl Səid qışqırırdı, lakin sonra qışqırıq inilti və quruldamaqla əvəz olundu. Nəhayət Ardaq buna qulaq asa bilməyərək, bıçağı Səidin sinəsinə vuraraq buna son qoydu. Onlar Səidin bütün qanını dostlarının məzarına axıtdıqdan sonra oradan getdilər”.
Bu, hansısa bir qorxu filminin təsviri deyil, erməni faşistlərin qeydləridir.

Mövcud olmaq üçün tarix boyu ən zalım üsullara əl atan erməni faşizminin elmi səbəblərini aydın izah edir və praqmatizm bu ideyaların gələcəyinin ancaq məhv olduğunu da deyir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm