Əsil sapıq sizlərsiniz
Bizi izləyin

Yazarlar

Əsil sapıq sizlərsiniz

Əmrə Dormanın Tv8-də apardığı proqramda dəyərli bilim adamları Canər Taslaman və Mehmet Okuyan İslamda və Quranda ağılın rolundan danışırlar.

Canər Taslaman görə, İslam dünyasında daha çox bu fikir önə çıxır: ağlı daha çox istifadə edirsənsə, imanın azalır. Ağla qarşı savaş açanlar bu minvalla imanı gücləndirəcəklərini zənn edirlər. Təməlində ağlın yer almadığı imana görə bu günki İslam arealının acınacaqlı vəziyyətinə təəccüblənməmək lazım.

Mehmet Oxuyana görə, Avropada bəzi kilsələrə ibadətə gələn olmur və bir çox hallarda bunları müsəlmanlar alıb camiyə çevirirlər. Bunu səbəbini belə izah edirlər ki, xristiyanlar cəmiyyətdə hansısa alimin görüşlərinə kilsə təmsilçilərinin görüşlərindən daha çox əhəmiyyət verirlər. Qurana görə, işlədilməyən ağıl yox kimidir. Quranın ağılla bir problemi yoxdur, ağılı işlətməyən nadanların problemini dinin adına yazmaq olmaz. Yunus surəsinin 100-cü ayəsində "Allahın izni olmadıqca, heç bir kimsə iman edə bilməz. Allah, əzabı ağıllarını işlətməyənlərə verir."

Doğrudan da ötən həftə İstanbulda, dünən Bağdadda ağılsız imançıların törətdikləri qanlı terror hadisələrinin səbəbi yuxarıdakı ayədə tam mənasıyla əksini tapıb. İndi ağıl düşmənlərindən yenə də bir qismi çıxıb yazacaqlar ki, bəs bu alimlər də sapıqdırlar. Əsil sapıq sizlərsiniz, bu gözəl dini insan həyatı üçün zillətə, qaranlığa çevirənlər, ağlını təriqət şeyxlərinə, məzhəb istismarçılarına, qondarma müctəhidlərə, qatil, terrorçu dinçilərə təslim edənlər, heç olmazsa fərqli-fərqli alimlərin görüşlərini oxuyub, dinləyib müqayisəli analiz edərək, yəni ağlınızı işlədərək modern dünyada hansı nöqtədə dayanmaq lazım gəldiyini az-çox anlayın!

Oxumağa davam et
Reklam
Reklam

Gündəm