Salam Qədirzadənin ailəsi Hədəf Nəşrləri ilə müqavilə bağladı
Bizi izləyin

Yazarlar

Salam Qədirzadənin ailəsi Hədəf Nəşrləri ilə müqavilə bağladı

Salam Qədirzadənin ailəsi Hədəf Nəşrləri ilə müqavilə bağladı

Qocaman yazıçı Əlisa Nicat da bir sıra əsərlərinin çap və yayım hüquqlarını Hədəf Nəşrlərinə verdi

Azərbaycanın XX əsr ədəbiyyatında xüsusi çəkisi olan, görkəmli yazıçı Salam Qədirzadənin bütün əsərləri yenidən və ayrı-ayrı kitablar şəklində oxuculara təqdim olunacaq.

Hədəf Nəşrlərinin mətbuat xidmətindən verilən məlumata görə, bu barədə yazıçının oğlu Ruslan Qədirzadə ilə Hədəf Nəşrlərinin direktoru Müşfiq XAN arasında müqavilə imzalanıb.

Öz populyarlığını və aktuallığını hələ də itirməyən bu əsərlərin yenidən çap olunması və yayım hüququ Salam Qədirzadənin ailəsi tərəfindən Hədəf Nəşrlərinə verilib.

Əsərlərin çapa hazırlanmasına artıq start verilib. Yaxın günlərdə “Qış gecəsi” və “46 Bənövşə” əsərlərinin nəşri gerçəkləşəcək.

Həmçinin qocaman yazıçı və filosof Əlisa Nicat da bu günlərdə Hədəf Nəşrləri ilə müqavilə bağlayaraq, özünün bir sıra köhnə və yeni əsərlərinin çap-yayım hüquqlarını nəşriyyata verib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm