Məşhur yazar xəstəxanadan evə buraxılıdı
Bizi izləyin

Yazarlar

Məşhur yazar xəstəxanadan evə buraxılıdı

Məşhur yazar xəstəxanadan evə buraxılıdı

Kolumbiyalı məşhur yazar Qabriel Qarsia Markes xəstəxanadan evə buraxılıb.

“Axar.az” xarici mətbuata istinadən xəbər verir ki, Meksikanın paytaxtındakı Milli Tibb Elmləri İnstitutu sözçüsü Cekvlin Pineda 87 yaşlı yazarın səkkiz günlük müalicədən sonra xəstəxanadan evə buraxıldığını açıqlayıb. Pineda açıqlamasında belə deyib: “Məşhur yazar yaşlandığına görə bir az zəifləyib. Müalicəsini evdə davam etdirəcək”.

Xatırladaq ki, Nobel mükafatlı Q.Q.Markes 31 martda Meksikada xəstəxanaya aparılmışdı. Məşhur yazara həddindən artıq su itkisindən ağciyər və sidik yolları iltihabı diaqnozu qoyulmuş, antibiotik müalicəsi başladılmışdı. Son vaxtlarda oxucuları ilə nadir hallarda görüşən Markesin qardaşı Ceym Qarsia Markes dəlilik diaqnozu qoyulan böyük qardaşının daha yazmadığını açıqlamışdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm