Yazarlar
Bakı uğrunda şəhid olmuş türkləri təhqir edən Azərbaycan yazıçısı kimdir?
Bu gün Azərbaycanın xalq yazıçısı Qılman İlkinin doğum günüdür.
Qılman İlkin 1914-cü ilin aprelində Bakının Mərdəkan qəsəbəsində anadan olub.
1932-ci ildə daxil olduğu indiki Pedaqoji Universitetin dil-ədəbiyyat fakültəsini 1936-cı ildə bitirib, indiki Bakı Dövlət Universitetində baş müəllim işləyib, "Azərbaycan" jurnalının baş redaktoru, "Uşaqgəncnəşr", "Azərnəşr" nəşriyyatlarının direktoru (1966-1971) olub.
Xidmətlərinə görə "Qırmızı əmək bayrağı", "İkinci dərəcəli Böyük Vətən müharibəsi" ordenləri, iki dəfə Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı və medallarla təltif olunmuşdur. Qafqaz xalqları Ali Dini Şurasının "Paklıq" mükafatına layiq görülmüşdür.
"Qalada üsyan" (1959), "Şimal küləyi" (1962), "Hədiyyə" (1969), "Dağlı məhəlləsi" (1978), "Dəniz qapısı" (1984), "Madam Qədri" (1988) və s. kitablarının müəllifidir.
"Kölgələr sürünür", "Yenilməz batalyon" filmlərinin ssenarisini yazıb.
Yazıçının ömrünün son illərində qələmə aldığı "Bakı və bakılılar" əsəri Bakının tarixi haqqında yazılmış ən qiymətli əsərlərdən biridir.
Qılman İlkinin yaradıcılıq fəaliyyətinin böyük bir hissəsi sovet ideologiyasının hökm sürdüyü illərə təsadüf edir. Onun "Şimal küləyi" romanı həmin dövrdə orta məktəblərin ədəbiyyat dərsliklərinə də daxil edilmişdi.Həmin romanda Azərbaycana gəlmiş xilaskar türk ordusu haqda aşağılayıcı ifadələr yer alır, onlar düşmən kimi təsvir edilir. Ömrünün sonuna yaxın, 94 yaşında verdiyi müsahibəsində yazıçı bu səhvini etiraf edərək "mən aldanmış xalqın yazıçısı idim" demişdi.
-
Nida Xəbər 02:19
Paris Bakı ilə münasibətlərin normallaşması üçün addım atmasa... - Hadisələr necə inkişaf edəcək?
-
Qoroskop00:46
Günün qoroskopu: şəxsi həyatınızda ciddi dəyişikliklər ola bilər
-
Hadisə17 Aprel 23:11
Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin FOTOSU
-
Sosial17 Aprel 22:58
Sosial şəbəkələrdə satılan soyuq silahlarla bağlı DİN-dən AÇIQLAMA - VİDEO
-
Magazin117 Aprel 22:24
Azərbaycanlı bloqer Dubayda çətin vəziyyətdə qaldı - VİDEO
-
Səhiyyə17 Aprel 22:12
"Kliniki ölüm insanı “tərəvəz”ə çevirir" - Çingiz Abdullayevdən ilk açıqlama
-
Magazin117 Aprel 20:58
İş adamı Manaf Ağayevə ev bağışlayıb? - Özü danışdı
-
Nəqliyyat17 Aprel 19:40
Baş nazir elektrik mühərrikli avtomobillərlə bağlı iclas keçirdi - FOTO