"Qılman İlkin yalan deyirdi"
Bizi izləyin

Yazarlar

"Qılman İlkin yalan deyirdi"

"Qılman İlkin yalan deyirdi"

Xalq yazıçısı Qılman İlkinin "Şimal küləyi" romanında Azərbaycanın köməyinə gəlmiş türk əsgərlərinə qarşı aşağılayıcı ifadələr işlətməsiylə bağlı saytımızda gedən yazı müxtəlif reaksiyalar doğurdu.

Yazıçı Azad Qaradərəli sosial şəbəkədə bu yazıyla bağlı belə bir şərh yazıb:

"O, guya sonralar deyib ki, mən aldanmış xalqın yazıçısıydım. Yalandır! Bu gün də xarabasında sovet bayrağı, kommunist Stalinin, Leninin şəkillərini saxlayanlar var.

Bu gün də Rusiyanın Ukraynaya, Gürcüstana hücumundan ruhlananlar var. Bu gün də müstəqilliyimizi istəməyənlər var. Müstəqilliyimizə, türklüyümüzə, milli kimliyimizə kəc baxan gözlər kor olmalı!

Köləliyə, boyunduruğa yerikləyən yazıçılar bu gün də var. Nə yazıqlar ki, onlar bunu heç gizlətmirlər də".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm