• USD 1,7001 0,00% EUR 2,0010 -0,38%
    • GBP 2,2439 +0,72% RUB 0,0295 -0,34%

Sumqayıtda gənc yazarlarla görüş keçirildi

  • Yazarlar
  • 12 Aprel 2014 13:03
  • 667 Baxış
Sumqayıtda gənc yazarlarla görüş keçirildi

Sumqayıt şəhərində 13 saylı orta məktəbin akt zalında gənc yazarlarla görüş keçirilib.

Görüş Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə "Gənc yazarların Sumqayıtda imza günləri” layihəsi çərçivəsində baş tutub.

Görüşdə gənc yazarlardan "Yuxumu xeyrə yozun" kitabının müəllifi Günel Eyvazlı, "Sənə qədər" və "Epizodik sevgilər" kitabının müəllifi Rəbiqə Nazimqızı və “Karyera Bələdçisi” və “Fərdi İnkişaf və Karyera” kitabının müəllifi Eyvaz Qocayev iştirak edib.

Məktəblilərin və gənclərin qatıldığı tədbiri açıq elan edən layihənin rəhbəri Türkan Rəhimova bildirib ki, bu layihəni həyata keçirməkdə məqsəd gənclər arasında kitaba olan marağı artırmaqdır və gələcəkdə də bu cür görüşlər davamlı olaraq keçiriləcək.

Tədbirdə iştirak edən gənc yazarlar Günel Eyvazlı və Rəbiqə Nazimqızı öz yaradıcılıqlarından nümunələr səsləndiriblər. Yazar Eyvaz Qocayev də görüş iştirakçılarına şəxsi inkişafla bağlı tövsiyələrini verib.

Sonda gənc yazarlar öz imzalı kitablarını görüş iştirakçılarına təqdim ediblər.

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>