Yazarlar
"Ədəbiyyat qəzeti" dəyişdi: Yaxşılığa doğru?
Modern.az-ın məlumatına görə, Azərbaycan Yazıçılar Birliyinin mətbu orqanı olan “Ədəbiyyat qəzeti”nin Elçin Hüseynbəylinin baş redaktorluğu ilə ilk sayı nəşr olunub. Yeni sayda Xalq yazıçıları Anar, Çingiz Abdullayev, şair Qulu Ağsəs və digər müəlliflərin yazıları yer alıb. E. Hüseynbəyli isə ilk səhifədə oxuculara müraciət xarakterli baş məqalə yazıb.
“Sayğılı oxucular, həmkarlar, zəngin ənənəsi olan (el dilində desək, qədim-qayım) “Ədəbiyyat qəzeti”nin məsuliyyət yükü “altına girmək” hər oğulun işi deyil. İndiki zamanda qəzet elə bir gündədir ki, onu anlatmaq həm vaxt aparar, həm də kiminsə qəlbinə dəyə bilər. Bircə onu demək olar ki, atlant tək olmur. Ona kömək olmasa nəinki göy qübbəsini, heç qarğı kümü də (daxmanı da) saxlaya bilməz.
“Ədəbiyyat qəzeti”nin tarixində təlatümlü olaylar çox olub, amma burada çalışanlar və çap olunanların əksəriyyəti həmişə həqiqətin yanında olublar. Çalışacağıq ki, o nümunəvi ənənələri davam etdirək”.
modern.az
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!