• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

AMEA “İslam-ensiklopedik lüğəti” kitabı hazırlayıb

  • Yazarlar
  • 15 Aprel 2014 15:26
  • 556 Baxış
AMEA “İslam-ensiklopedik lüğəti” kitabı hazırlayıb

Azərbaycan Milli Elmlər Akademiyasının akademik Z. M. Bünyadov adına Şərqşünaslıq İnstitutunun hazırladığı “İslam-ensiklopedik lüğət” kitabı AMEA Mərkəzi Elmi Kitabxanasının fonduna daxil edilib.

Publika.Az-ın məlumatına görə, Filologiya. üzrə elmlər doktoru, professor Gövhər Baxşəliyevanın elmi redaktorluğu ilə nəşr olunan kitabda respublikamızın müstəqillik dönəmində dini maarifçiliyin genişləndiyi, plüralizm və söz azadlığının bərqərar olduğu, İslama marağın artdığı hazırkı vaxtda İslam haqqında doğru və düzgün məlumatlar öz əksini tapıb.


Lüğət, “İslam. Ensiklopediçeskiy slovar” Moskva, “Nauka”, QRVL, 1991 kitabının tərcüməsi əsasında bir sıra yerli mənbə və ədəbiyyat, Azərbaycanın şeyxüslamları, müftiləri, axundları və s. din xadimləri haqqında məlumatlar, habelə, bəzi istilahlar haqqında əlavələrlə hazırlanıb. Kitab dinşünaslar, filosoflar, şərqşünaslar və ümumiyyətlə, islamla maraqlananlar üçün nəzərdə tutulub.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR