• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

“Ərəb olmaq istəmirəm”

  • Yazarlar
  • 17 Aprel 2014 15:04
  • 1 000 Baxış
“Ərəb olmaq istəmirəm”

Aprelin 16-da şairə Ayişə Nəbinin Gəncliyə Yardım Fondunda “Ərəb olmaq istəmirəm” kitabının təqdimat mərasimi olub. Kitabın təqdimatını “ Milli Mədəniyyətin təbliği ictimai Birliyi” keçirirdi.

Əvvəlcə birliyin sədri Jalə Cəfərova yazarın həyat və yaradıcılığından danışaraq onunla bağlı tədbirə toplaşanlara məlumat xarakterli bilgi verdi.” Ayişə Nəbi Azərbaycanın Neft Akademiyasını bitirirb.Bir müddət "Gənclik" jurnalında, "Fəryad" qəzetində işləyib.

Türkiyənin İstanbul şəhərində dini təhsil alıb. Türkiyədə olduğu dönəmlərdə Azərbaycan və rus ədəbiyyatından çevirdiyi ədəbi nümunələrlə bir neçə ədəbi dərgilərdə çıxış edib.

Azərbaycan yazarlarının bir neçəsinin şeir və nəsr kitablarını Türkiyə türkcəsinə uyğulayıb və bu əsərlər kitab şəklində yayımlanıb.

Keçən il 40 –dan çox müasir şairlərimizin yazılarını Türkiyə türkcəsinə uyğulayıb. Bu əsərlər ən ciddi dərgi hesab edilən “Kurşun kalem” ədəbiyyat dərgisində çap olundu və böyük ilgi gördü.

İndiyə kimi “Sükut”, “Laməkan”, “Qaf dağı anka” şeirlər və “Ərəb olmaq İtəmirəm” düşüncə kitabı işıq üzü görüb.

Hazırda “Cəmiyyət və Din” qəzetində həftəlik yazılar yazır.

Şeirləri bir çox dərgilərdə işıq üzü görüb. Keçən il Türkiyə səfirliyinin, dəyanət İşlərinin, Dini komitənin və Azərbaycan Yazıçılar Birliyinin birgə keçirdikləri NAT şeir yarışmasında 3-cü yeri tutumuşdur.

Hekayələri və romanı, bir şeir və təssəvvüfdən bəhs edən ayrı bir araşdırma kitabı çapa hazırlanır.”

Ayişənin indiyə kimi yazdığı üç şeir kitabının ardınca fikir və düşüncə adlandıra biləcəyimiz bu kitabının da son dərəcə maraqlı olmasından, cəmiyyətimiz üçün aktual səslənən problemlərə özünə məxsus tərzdə yanaşmasından da söhbət açıldı.

“Şeirlərində əsasən təsəvvüfi elementləri, dini dünya görüşləri, türk mifoloji təsəvvürünü əhatə edən estetik qavrayış tərzini ön planda tutur.

Şeirləri çağdaş Azərbaycan ədəbiyyatında özünə məxsus tərziylə fərqlənir. Bu barədə Azərbaycan ədəbiyyatının böyük şairi Vaqif Bayatlı Odər, Çingiz Əlioğlu, Zahid Sarıtorpaq, Azər Abdulla, Tofiq Abdin və tənqidçi - ədəbiyyatşünas Nizaməddin Şəmsizadə maraqlı yazılar yazmış, dəyərli fikirlərini bildirmişdirlər.

Ayişə Nəbi şeirlərini əsasən sərbəst vəzndə yazır. “

Sonra söz yazarın qələm dostlarına verildi. Kitabı oxuyanlar etiraf etdilər ki, “ərəb olmaq istəmirəm” kitabı bu gün hər kəsin oxuyacağı, oxuması, tanış olması gərəkən kitabdır. Kitabın əsas məziyyətlərindən biri isılam dinində gündəmdə olan məsəllərinə yazarın Quran və Hədislərə dayanaraq yeni yanaşma tərzi olsa da, kitab həm də bu günkü cəmiyyətimizdə dinə dəxli olmayan məsəllərə qarşı sərt tənqidi də öz əksini tapıb.

Bu gün islam dini cəmiyətimiz üçün həssas bir mövzudur.

Kitabın digər bir özəlliyi aydın, açıq, rəvan və axıcı bir dillə, üslubla yazılmasındadır.

Kitabda əksini tapan mövzular tədbir boyunca qızğın polemikaya və mübahisələrə də səbəb oldu. Kitabın adının doğurduğu reaksiya da az iş görmədi. Belə demək mümkünsə, bir üzündə “isalm bütpərəstliyi”, digər üzündə “ ərəb olmaq istəmirəm” adlarının kitabdakı mövzu həlli kifayət qədər bir mənalı qarşılanmadı. Ümumiyyətlə, kitab toplaşanlar tərəfindən böyük ilgi gördü.

Sonda yazar oxucuların bəzi suallarını cavablandırdı və tədbir imzalama törəni ilə yekunlaşdı.

Publika.az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR