• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

Markesin vida məktubu yayıldı – Dünya ağlayır

  • Yazarlar
  • 18 Aprel 2014 10:45
  • 691 Baxış
Markesin vida məktubu yayıldı – Dünya ağlayır

“Az yatar, çox yuxu görər, gözümü yumduğum hər dəqiqədə, 60 saniyə boyunca işığı itirdiyimi düşünərdim. İnsan eşqdən imtina etsə yaşlanar”.

Axar.az xəbər verir ki, bu sözlər dünya ədəbiyyatının patriarxı Qabriel Qarsia Markesin gözünü əbədi yumandan sonra yayılan vida məktubunda yer alıb.

Böyük yazıçının vida məktubunu təqdim edirik:

“Tanrı bir anlıq çınqıldan da balaca olduğumu unudub can verərək məni mükafatlandırsa, ağlıma gələn hər şeyi dilə gətirməyə bilərdim, amma heç olmasa, dilimə gətirdiklərimi detallarıyla keçirər və düşünərdim: - Əşyaların maddi tərəflərinə deyil, mənalarına, mənəvi dəyərinə dəyər verərdim.

- Az yatar, çox yuxu görər, gözümü yumduğum hər dəqiqədə, 60 saniyə boyunca işığı itirdiyimi düşünərdim. İnsan eşqdən imtina etsə yaşlanar.

- Başqaları dayandığı zaman mən getməyə davam edərdim.

- Başqaları yatarkən oyaq qalmağa cəhd göstərərdim.

- Başqaları danışarkən dinləyər, şokoladlı dondurmanın dadından zövq almağımda olardım.

- Əgər Tanrı mənə bir az da ömür versə, sadə geyinər, üzümü günəşə çevirər, yalnız bədənimi deyil, ruhumu da bütün çılpaqlığı ilə açardım.

- Tanrım, əgər bir ürəyim olsaydı, nifrətimi buzun üzərinə həkk edər və günəşin göstərməsini gözləyərdim. - Səmadakı aya ulduzlar boyunca Van Qoq rəsmləri çəkər, Benedetti şeirləri səsləndirər və serenadalar oxuyardım.

- Gözyaşlarımla gülləri sulayar, bədənimə batan tikanlarının ağrısını hiss edərək dodaq qırmızısı tac yarpaqlarından öpmək istəyərdim.

... Tanrım bir qurtumluq həyatım olsaydı...

O gün olmasın ki, qarşılaşdığım bütün insanlara onları sevdiyimi söyləməyim. Bütün qadın və kişiləri ən sevdiyim insanlar olduqlarına inandırardım. Və EŞQ içində yaşayardım. Kişilərə, yaşa dolduqları vaxt eşqdən uzaqlaşmaqlarının nə qədər səhv hərəkət olduğunu izah edərdim. Çünki insan eşqdən uzaqlaşdıqca yaşlanır. Uşaqlara qanad verərdim. Amma uçmağı özlərinin öyrənməyinə imkan yaradardım.

- Yaşlılara isə ölümün yaşlanma ilə deyil, unudulma ilə gəldiyini öyrədərdim.

EY İNSANLAR! Sizlərdən nə qədər də çox şey öyrənmişəm. Bütün insanların - xoşbəxtliyin həqiqəti görməkdən keçdiyini bilmədən - dağların zirvəsində yaşamaq istədiyini öyrəndim.

Yeni doğulan balaca bir körpənin atasının barmağını sıxarkən əslində onu özünə sonsuza qədər qandalla məhkum etdiyini öyrəndim.

Sizlərdən çox şey öyrəndim. Amma bu öyrəndiklərim çox işə yaramayacaq. Çünki hamısını bir çantada kilidlədim. Bədbəxt bir şəkildə... Artıq ölə bilərəmmi?"

Xəbər lenti

DAHA ÇOX XƏBƏR