"Afaq Məsudu Markes bədbəxt edib" - Seymur Baycandan ŞOK iddia
Bizi izləyin

Yazarlar

"Afaq Məsudu Markes bədbəxt edib" - Seymur Baycandan ŞOK iddia

"Afaq Məsudu Markes bədbəxt edib" - Seymur Baycandan ŞOK iddia

“Markes Azərbaycan yazıçılarının böyük bir hissəsini bədbəxt elədi. 90-cı illərin əvvəllərində onun kitabları tərcümə edildi. Hamı axışdı Markesin əsərlərinə. Bir çoxları da onun yaradıcılığında ilişib qaldı. Afaq Məsudu misal çəkmək olar. O, çox gözəl yazıçı idi. Başladı Markesi, Kafkanı yamsılamağa. Nəticədə moltanı ədəbiyyatı ortaya çıxdı".

Bu sözləri teleqraf.com-a açıqlamasında Seymur Baycan deyib. O, Markesi “moşennik” adlandırıb: "Markes böyük yazıçı idi. Onun “Yüz ilin tənhalığı” əsəri məşhur idi. Ancaq mən Markesin daha çox “Polkovnikə məktub yoxdur” əsərini bəyənirəm. Markes “moşennik” idi. Müsahibələrində əcaib-qəraib vəziyyətlər yaradırdı, maraqlı nağıllar danışırdı, mətndə cadugərliyi çox gözəl bacarırdı”.

Rövşən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm