Yusif Vəzirin tarixi romanı müzakirə olunacaq
Bizi izləyin

Yazarlar

Yusif Vəzirin tarixi romanı müzakirə olunacaq

Yusif Vəzirin tarixi romanı müzakirə olunacaq

“Aprelin 20-də “Hədəf” Oxucu Klubunun növbəti müzakirəsi keçiriləcək. Bu dəfə gənclər Yusif Vəzir Çəmənzəminlinin “İki od arasında” romanını müzakirə edəcək, roman ətrafında öz fikirlərini bölüşəcəklər. Tədbirdə filoloqların, tarixçi və ədəbi tənqidçilərin də iştirakı gözlənilir.

Qeyd edək ki, “Hədəf” Oxucu Klubu Hədəf Nəşrlərinin layihəsidir. Klub oxucuların şəbəkələşərək önəmli əsərlərin müzakirəsini təşkil etmək, eyni zamanda gənc yazarların təbliğatına dəstək vermək məqsədi ilə yaradılıb.

Tədbir 20 aprel saat 13:00-da baş tutacaq. Ünvan: Puşkin küçəsi, 26 a.Kitabevim.Az Kitab Marketi (28 may yaxınlığında, Ak Center, 2-ci mərtəbə).

Oxumağa davam et
Reklam
Reklam

Gündəm