Yazarlar
Markesin külü harada saxlanılacaq?
Dünya şöhrətli yazıçı Qabriel Qarsiya Markesin
dəfn olunacağı yeri ailəsi seçəcək.
Bu barədə Kolumbiyanın Meksikadakı səfiri Xose Qabriel Ortis məlumat verib.
"Əlbəttə ki, küllərin bir hissəsi Meksikada
saxlanılacaq. Digər hissənin isə düşünürəm ki, Kolumbiyaya
göndərilməsi mümkündür".
Səfir bununla belə son qərarın mərhumun
ailəsindən asılı olduğunu qeyd edib.
Ədəbiyyat üzrə Nobel mükafatı laureatı, kolumbiyalı məşhur yazıçı Qabriel Qarsiya Markes iki gün öncə vəfat edib. 87 yaşlı yazıçı Mexikodakı evində dünyasını dəyişib.
XX əsrin ən böyük yazıçılarından sayılan Markesin
“Yüz ilin tənhalığı”, “Patriarxın payızı”, “Polkovnikə məktub
yoxdur” və d. əsərləri dünyanın bir çox dillərinə, o cümlədən bizim
dilimizə tərcümə edilib.
Yazıçının cəsədi yandırılacaq.
/anspress
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR