• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Ehud Barak Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə üzv olub

  • Yazarlar
  • 21 Aprel 2014 12:53
  • 359 Baxış
Ehud Barak Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə üzv olub

İsrailin hərbi və siyasi xadimi Ehud Barak Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə üzv seçilib. Məlumat “Media forum” saytına Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən verilib.

Ehud Barak 1999-2001-ci illərdə İsrailin baş naziri olub. Müxtəlif illərdə ölkəsinin müdafiə naziri, daxili işlər naziri, xarici işlər naziri postlarında çalışıb.

Diasporla İş üzrə Dövlət Komitəsinin məlumatında deyilir ki, Ehud Barak aprelin 27-30-da Bakıda səfərdə olacaq. Səfərin məqsədi Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun təşkilatçılığı ilə keçiriləcək II Qlobal Müştərək Cəmiyyətlər Forumunda iştirak etməkdir.

Səfər çərçivəsində Ehud Barak Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin I Baş Assambleyasına da qatılacaq.

Ehud Barak 2013-cü ilin mayında Bakıda təşkil olunmuş I Cənubi Qafqaz Forumunda da iştirak edib.

Ehud Barak 2005-ci ildə İsrailin “Ynet” xəbər agentliyinin apardığı sorğu nəticəsində dünyanın mövcud olmuş ən nüfuzlu 200 yəhudisindən biri seçilib. Ehud Barak Fələstinlə sülh danışıqlarında Fələstinin ərazi bütövlüyünün tanınmasına cəhd edən İsrailin yeganə baş naziri kimi də tanınır.

"Media forum"

Xəbər lenti

DAHA ÇOX XƏBƏR