Yazıçı və dramaturq Aslan Qəhrəmanov vəfat edib -VİDEO
Bizi izləyin

Yazarlar

Yazıçı və dramaturq Aslan Qəhrəmanov vəfat edib -VİDEO

Aslan Qəhrəmanovun böyrək çatışmazlığından əziyyət çəkib, uzun müddət yataq xəstəsi olub. O 3 ay öncə İranda cərrahiyyə əməliyyatı edilib.

Aslan Qəhrəmanovun böyrək çatışmazlığından əziyyət çəkib, uzun müddət yataq xəstəsi olub. O 3 ay öncə İranda cərrahiyyə əməliyyatı edilib.

Publika.Az xəbər verir ki, mərhumun meyiti dəfn olunmaq üçün bu gün səhər anadan olduğu Ağstafa rayonuna aparılıb.

Aslan Qəhrəmanov bir sıra elmi əsərlərin müəllifi, iqtisadiyyatda modelləşdirməyə dair dərsliyin və vergilərə dair dərsliklərin müəllifidir. 2003-cü ildən nəşrə başlamış "Azərbaycanın Vergi Xəbərləri" jurnalının həmin ildən 2010-cu ilə qədər baş redaktoru olub.

Yazıçı kimi özünü 1967-ci ildə "Gənclik" nəşriyyatında çıxan "Gənc qələmlər" almanaxında dərc olunmuş "Dağların mahnısı" adlı ilk hekayəsi ilə sınayıb. Həmin vaxtdan dövri mətbuatda müntəzəm çıxış edib. 1985-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olub.

"Spektr", "Döngə", "Burulğan", "Səni axtarıram", "Bağışla" və sair telepyesləri Azərbaycan televiziyasında dəfələrlə nümayiş etdirilib.

Azərbaycan televiziyası səhnəsində ilk çoxhissəli tamaşaya çevrilmiş "Səni axtarıram", "Bağışla" və "Səndən xəbərsiz" adlı üçhissəli telepyeslərin müəllifidir.

Onun radio üçün yazdığı "Daşa dönmüşlər şəhəri", "Şeytan", "Ceyran əfsanəsi", "Tutuquşu" və sair kimi 13 nağıl-pyesi Azərbaycan radiosu ilə səsləndirilib.

Həyatı

1939-cu il sentyabr ayının 14-də Ağstafa rayonunun Yenigün kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsində təhsil almışdır.

Əmək fəaliyyətinə 1961-ci ildə Elmlər Akademiyasının Hesablama Mərkəzində başlamış, həmin mərkəzin bazası əsasında kibernetika institutu yaradılandan sonra orada müxtəlif vəzifələrdə elmi tədqiqatla məşğul olmuşdur. 1972-1975-ci illərdə İttifaq NeftMaş Birliyinin xüsusi konstruktor bürosunda laboratoriya rəisi vəzifəsində çalışmışdır.

1975-1977-ci illərdə Azərbaycan Neft və Kimya İnstitutunun Tətbiqi riyaziyyat kafedrasında baş müəllim işləmişdir. Bir müddət Rostov Dəmiryol Mühəndisləri İnstitutunun Bakı filialında baş müəllim işlədikdən sonra yenidən indiki Azərbaycan Dövlət Neft Akademiyasına dəyişilmişdir. 1980-ci ildən 2007-ci ilə qədər həmin Akademiyada əvvəlcə baş müəllim, sonra dosent vəzifəsində işləmişdir. 2007-ci ilin sentyabrından Azərbaycan Universitetinə keçmiş, bu universitetin Riyaziyyat və informatika kafedrasının dosenti, 2011-ci ilin fevralından 2012-ci ilin iyununa qədər rektoru olmuşdur. Hazırda təqaüdə çıxmışdır və yaradıcılıqla məşğuldur.

Bir sıra elmi əsərlərin müəllifi, iqtisadiyyatda modelləşdirməyə dair dərsliyin və vergilərə dair dərsliklərin həmmüəllifidir. 2003-cü ildən nəşrə başlamış "Azərbaycanın Vergi Xəbərləri" jurnalının həmin ildən 2010-cu ilə qədər baş redaktoru olmuşdur.

Yazıçı kimi özünü 1967-ci ildə "Gənclik" nəşriyyatında çıxan "Gənc qələmlər" almanaxında dərc olunmuş "Dağların mahnısı" adlı ilk hekayəsi ilə sınamışdır. Həmin vaxtdan dövri mətbuatda müntəzəm çıxış edir. 1985-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

"Spektr", "Döngə", "Burulğan", "Səni axtarıram", "Bağışla" və sair telepyesləri Azərbaycan televiziyasında dəfələrlə nümayiş etdirilmişdir. Azərbaycan televiziyasının "Müasirlərimiz" devizi ilə 1986-cı ildə keçirdiyi ən yaxşı televiziya pyesləri müsabiqəsində "Ürək" pyesi 2-ci mükafata layiq görülmüşdür (birinci mükafat verilməmişdir).

Azərbaycan televiziyası səhnəsində ilk çoxhissəli tamaşaya çevrilmiş "Səni axtarıram", "Bağışla" və "Səndən xəbərsiz" adlı üçhissəli telepyeslərin müəllifidir. Əsas rollarda Firəngiz Mütəllimova və Yaşar Nurinin çəkildikləri bu tamaşa hələ də sevilə-sevilə baxılır.

Onun radio üçün yazdığı "Daşa dönmüşlər şəhəri", "Şeytan", "Ceyran əfsanəsi", "Tutuquşu" və sair kimi 13 nağıl-pyesi Azərbaycan radiosu ilə səsləndirilmişdir.

2010-ci ildə "Azərbaycan Respublikası Vergilər Nazirliyinin 10 illiyi (2000-2010)" yubiley medalı ilə təltif edilmişdir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm