Çingiz xanın qələbələrinin sirri açılır
Bizi izləyin

Yazarlar

Çingiz xanın qələbələrinin sirri açılır

Çingiz xan qələbələrinin sirri yavaş – yavaş açılır

Ərəb tarixçisi İbn əl-Əsir monqol yürüşləri haqda yazırdı: "Əgər kimsə desə ki, Allah Adəmi yaradandan bəri yer üzü belə fəlakət görməyib, haqlı olardı".

Çin alimi Yelusika Çingiz xana “Sən at üstündə ölkələri işğal edə bilərsən, amma əsla at üstündə ölkələri idarə edə bilmərsən” - demişdi

Azərbaycanda ilk dəfə Çingiz xan barəsində yazılan “Çingiz xanın xəzinəsi” kitabının müəllifi Cəlaləddin ilə etdiyimiz söhbət olduqca maraqlı alındı. Söhbət nəticəsində məlum oldu ki, bu kitab nəşr olunduqdan sonra tariximizin daha bir sirri aşkar edilib. Bu dağın içindən gedən gizli qapıların sökülməsi nəticəsində aşkar edilən sarayda 8 aydır axtarışlar davam edir. Yazar “Çingiz xanın xəzinəsi” kitabında dağın içində daha 4 sarayın olduğunu bildirir.

-Əvvəlcə, o dövrdə monqolların həyat tərzinə və müharibə taktikasına nəzər salardınız əgər mümkündürsə...

-Monqollar qədim dövrdən vəhşi heyvan ovu ilə məşğul olduqlarından, bu onların həm də bir döyüşçü kimi formalaşmasına səbəb olmuşdur. Monqolların gücünə bələd olan Çin dövləti özünün köçəri qonşularını zəiflətmək üçün aralarında nifaq salır və daxili qarışıqlıq törədirdi. Ərazisi və əhalisi durmadan böyüyən monqol qəbilələrini zəiflətmək ücün başqa monqol qəbilələrinə dəstək verərək, monqol qəbilələrini bir – biri ilə döyüşməsinə şərait yaradaraq bu xalqı öz nəzarətləri altında saxlayırdılar. Çinlilər Çingiz xanın atası Yesiqey Bahadura da bir neçə dəfə dəstək olmuşdular. Nəticədə isə tatarlarla və merkillərlə müharibədə o, qələbə çalmışdı. Monqol qanunlarına görə gücün varsa, hər nə istəsən ala bilərsən. Bu qanunu əsas götürərək monqollar bir birinin qəbilələrinə basqın edərək kisiləri öldürərək arvad - uşaqlarını qul kimi istifadə edərək var-dövlətlərini, heyvan sürülərinin sayını artırırdılar. Özünün tərəfdaşlarını çoxaltmaq məqsədilə müxtəlif nəsillərdən və qəbilələrdən qulluğa götürmək bu çöl bozqırının əsas qanunu idi.

Temuçin 1155-ci ilin fevral ayında Onon çayının sahilindəki Delyun-Boldox adlı yerdə dünyaya gəlmişdi. Temuçin 9 yaşında olanda tatarlar onun atası Yesiqey Bahaduru zəhərləmisdilər. Yesugey Bahadurun tabeliyində olan adamlar varis Temuçinin azyaşlı olmasından sui-istifadə edərək ona tabe olmayacaqlarını bildirdilər. Həmin qəbilə başçıları Temuçinin anasını və uşaqlarını atıb getdilər. Bu, azmış kimi başsız qalmış ailənin mal-qarasını da sürüb apardılar. Ailə üzvləri bir neçə il çöllərdə, meşələrdə sərgərdan həyat keçirmək məcburiyyətində qaldı. Quş, balıq, yeraltı yuvalarda yaşayan kiçik gəmirici heyvanlar ovlamaqla bir təhər dolanırdılar. Temuçinin anası Oelun çox ağıllı qadın idi. Bozqırın qanunlarına görə dul arvad mal - mülk sahibi ola bilməzdi. Temuçinin anası Oelun isə ərə getməmişdi və uşaqlarını böyütmüşdü. Temuçini vaxtilə atası Yesugey Bahadur dostunun qızı Börtə ilə nişanlamışdı. Temurçin böyüyür və Börtə ilə evlənir. Səhərisi gün taycutlar tərəfindən onların yurduna basqın edilir. O, ilk dəfə taycutların əlindən möcüzə nəticəsində sağ qurtarmışdı, ikinci dəfə də mərkitlərin köçəbəyə qəfil hücümü zamanı düşmən əsirliyindən yaxa qurtara bilmişdi. Börtə əsir alınmışdı. Cingiz xan isə qaçaraq aradan cıxa bilmişdir. Vaxtilə Temuçinin atası Yesugey Bahadur anası Oeluni taycutların əlindən zorla almışdı. Indi onlar öz qisaslarını alırdılar.

Temuçin vaxtilə atası Yesugey Bahadurla qardaşlıq etmiş Toğrul xandan kömək istəyir. Həmin vaxtlar Toğrul xanın tabeliyində olan qəbilələr böyük torpaq ərazilərinə sahiblik edirdilər. Çin dövləti özünün köçəri qonşularını zəiflətmək üçün onlar arasında daim nifaq salır və daxili qarışıqlıq törədirdi. Çin imperatoru biləndə ki, yeritdiyi siyasət nəticəsində şimali şərqdəki tatarlar merkikləri zəiflətmək üçün Toğrul xana müraciət ediblər, ondan bu təkliflə razılaşmamasını istədilər. Çinlilərin təklifinə razılıq verməyən Toğrul xanın yardımı ilə Çingiz xan arvadını geri almağa müvəffəq oldu. Temuçin arvadı Börtənin əsirlikdən sonra doğduğu ilk övladının məhz onun oğlu olmasına şübhə ilə yanaşırdı. O yoldaşı Börtəyə demişdi ki, əgər uşaq oğlan olsa öldürəcək, qız doğulsa, yaşayacaq. Börtə Temirçinin anasından kömək istəmişdi. Temurçin ilki olan oğlunu öldürmək istəyəndə anası Oelun onun qarşısını kəsdi. O, Temurçinə demişdi: “Sən uşaq olanda qardaşını öldürmüşdün. Indi də öz oğlunu öldürmək istəyirsən. Niyə axı?” Temurçin anasına belə cavab vermişdi: “Mən qardaşımı məhz səni təhqir etdiyinə görə öldürmüşəm. O, mənə elə hey deyirdi ki, sən Yesuqey Bahadurun oğlu yox, tatarların oğlusan. Sənin atan tatarlardır”. Məlumdur ki, Temurçinin anasi Oeluni də toy gecəsi tatarlar qaçırmışdılar. Yesuqey Bahadur Oeluni 4 aydan sonra tatarlardan müharibə apararaq geri qaytaranda artıq Oelun hamilə idi. Çingiz xanla qardaşlarının arasında hər zaman buna görə mübahisələr düşürdü.

Söhbət əsnasında Temurçin anasi Oelundən əslində kimin oğlu olduğunu soruşdu. Oelun Temurçinə cavabında onu sən özün sübut edəcəksən. Atan Yesuqey bahadur seni öldürmədi, əgər sən bahadır oğlusansa, oğlunu öldürmə. Əksinə, ad ver ogluna”.

Temuçin oğluna Cuçi adını qoymusdu. Bu sözün mənasi monqol dilinde “gözlənilməyən qonaq” deməkdir. Temuçin atasının ölümündə günahkar olan tatarlardan qisas almaq üçün yaxşı fürsətin yetişdiyini bildiyindən Toğrul xandan dəstək istəyir. Özü isə Toğrul xanın müttəfiqi kimi müharibədə fəallıq göstərir. Tatarlar darmadağın edilmiş, qəbilə öz müstəqilliyini birdəfəlik itirmişdi. Tatarlar monqolların tabeliyinə keçmişdi.

Temuçinin yeganə qatı düşməni naymanlar olaraq qalırdı. Naymanların güclü qoşunu vardı. Buna baxmayaraq, Temuçinin qoşunları 1204-cü ilin payızında naymanları və onların müttəfiqlərini məğlubiyyətə uğratdı.

-Çingizin döyüş taktikası haqqında danışmağınızı xahiş edərdik…

-Çingiz xandan təqribən 100 il sonra Çingiz Xanın ədalətini onun soyundan olan Böyük Teymur yenidən dünyaya hakim qılacaqdı. Böyük Teymur özünü Çingiz Xan soyua aid edirdi. O da Çingiz xanın orduda verdiyi qanunları öz ordusuna şamil edərək qələbələr çalmışdı. Çingiz xanin en əsas uğurlu döyüş taktikasından tarixdə bir çox sərkərdələr istifadə edərək uğurlar qazanmışlar. Bu tələ - döyüş taktikası idi. Hətta bizim I Qarabağ savaşında da Çingiz xanın həmin bu uğurlu döyüş taktikasından istifadə edərək Qarabağ müharibəsində ən uğurlu qələbə qazanılmışdı.Mən bu komandana unudulmuş komandan, qazanılmış qələbəyə də unudulmuş qələbə deyərdim. Unudulmuş qəhrəmanımız Gəncə taborunun komandiri Mehman Ələkbərov həyata keçirmişdir. Çingiz xanın qələbəsinin sirrlərindən birinə görə o ordusundan 30 minlik ən təcrübəli at sürən, ox atan döyüşçülərini düşmənin üstünə yürüş zamanı göndərir. 30 minlik ordunun hər bir əsgəri birdən ox atanda və 30 min ox havaya birdən qalxanda adətən günəşin işığı tutulurdu. Monqol əsgəri düşmənin üstünə basqın edərək sonra özlərini qorxub qaçaraq geri çəkildiklərini bildirərək geriyə qaçardılar. Onlar qaçarkən arxaya çevrilib düşmənə tərəf ox atmağı bacarərdılar. 30 min ordu beş hissəyə bölünürdü. 70 klometrəyə kimi qaçardılar monqol ordusunun əsas hissəsi isə qabaqada gözləyərdilər. Düşmən orudusunu beş hissəyə böləndən sonra 70 kilometr at belində durmadan qaçan ordu yorularaq taqətdən düşərkən qarşısına birdən ordu çıxardı ki, monqollar yorulmuş, taqətdən düşmüş düşməni asanlıqla məhv edərdilər. Eyni tələ əməliyyatını Qarabağ müharibəsində Gəncə taborunun komandiri Mehman Ələkbərova da kecirdi o “Qarabağ müharibəsində qəhrəman Gəncə taboru terrorçu erməni “Arabo” taborunu darmadağın etdi”. - “Arabo” taboru M.Eqizaryan tərəfindən Suriya, Livan, Fransa, ABŞ və Sovet-Əfqanıstan döyüşlərində iştirak etmiş muzdlulardan ibarət Avropanın ən güclü muzdlu taborlarından biri idi. 29 iyun 1992-ci ildə 123-cü rotanın 2-ci Gəncə taborunun komandiri Mehman Ələkbərova kəşfiyyat rotasının komandiri Vaqif Həmidovdan Ağdərənin Həsənqaya kəndinə erməni silahlı qüvvələrinin mühasirəyə alındı. 171 nəfər şəxsi heyyətə malik olan, ən axırıncı müasir silahlarla silahlanmış bu muzdlular dəstəsi 146 nəfərlik 123-cü rotanın 2-ci Gəncə taboru tərəfindən tamamilə məhv edildi. Taborun komandiri M.Eqizaryan 3 nəfərlə hər şeyini atıb qaça bilmişdi. 167 nəfər düşmən cəsədi Həsənqaya kəndinin qırağında qaldı. Beləliklə, Avropanın mifləşdirilmiş ən güclü müzdlu taborlarından biri sayılan, Xocalı və Qaradağlı soyqırımının bir nömrəli günahkarlarından olan “Arabo” taboru qeyri-bərabər döyüşdə Mehman Ələkbərovun məharətli manevrləri ilə bacarmayaraq, panikaya uğradı və məhv edildi. Ən müasir silahlarla silahlanmış, böyük döyüş təcrübəsi olan 171 nəfərlik tabora qarşı atıcı silahları olan 146 nəfərlik könüllülər taboru vuruşurdu.xocali soyqiriminda qedarligiyla ad cixaraq ermeni arobo taburundan bir nəfər də sağ saxlamadılar.

Manvel Eqizaryan Qaradağlı və Xocalı soyqırımının birbaşa təşkilatçısı olub və bu tabor amansızlığı ilə tanınırdı. Ermənilər bu taborun məhvini 1994-cü ilə qədər gizlədirdilər. Lakin 1994-cü ildə Manvel Eqizaryan taborun məhv edildiyini etiraf etdi.

-Əmir Temur barəsində bəzi mənbələrdə onu Əmir Temur, bəzi mənbələrdə ise Teymurləng adlandirirlar siz nece adlandirisiz Emir Temur yoxsa Temurləng?

-Mən oxuyub öyrəndiyim mənbəələrə görə, Əmir Temur məğlubedilməz Əmir o ancaq türk dünyası müsəlmanlarla doluşub çin dilində hindistan da da islam genis yayılmışdırdir o dovurde emir temur tarixdə amansız qətllər törətməklə yanaşı, kəsdirdiyin insan başlarından qüllələr düzəltmisən. Təki yalan olsun.

Tarixçilər Əmir Teymuru böyük şəhrlərdə insanları qılıncdan keçirən, qansız və rəhmsiz qəssab kimi qələmə verirlər. İran səfəri zamanı isfahanda 70 min adamın başını üzüb kəllələrdən qüllə yaratmağın barədə çox danışılır. Yazılanlara və deyilənlərə görə o Xorasan şəhəri Səbzəvarda adamları diri-diri divara hördürüb inildəyən canlı divarlar yaradıb. Teymurun Hindistan səfərində Orta Asiyaya aparmaq çətin olduğundan yuz min əsiri qırmasından da danışırlar. Bağdad səfəri zamanı bir gun ərzində 90 min adamı qılıncdan keçirib, kəllələrdən 120 qullə ucaldtırmasından da yazırlar. Saiyələrə görə Misiri zəbt eləyəndə Əmir Teymur bir damcı musəlman qanı axıtmayacağına soz verdiyinə gore guya ki, xristianları qılıncdan keçirib, müsəlmanları diri-diri torpağa basdırmışdı. Amma Teymurun törətdiyi «vəhşiliklər»dən biri də təsdiqini tapmayıb, yəni bunun üçün sübut, dəlil tapılmayıb.

Mən bir tarixçi kimi deyə bilərəm ki, Əmir Teymur taridə məğlubedilməz türk dünyasının böyük sərkərdəsi olubdur. Haqqında oxuduğum qəhramanlıqlarına sevindiyim qədər də kədərlənmişəm. 1402-ci ildə Çubuq döyüşündə qalib olan Teymur Azərbaycandan keçəndə Şeyx Şəfi ocağna gəlir. Şeyx Səfi şah İsmayılın babasıdır. Əmir Teymur ziyarət vaxtı deyir ki, Ya Şeyx sizi Allahın lütfündə olan bir övlüyya kimi eşitmişəm, məndən nə ənan diləyirsən? Şeyx cavabında deyir: “Biz sufiyik. Sufilərin dünya malında gözü olmur.” Əmir Teymur inad edir ki, ya Şeyx, mən burdan əliboş gedə bilmərəm, mən qymətli əşyalar bağışlamalıyam.

Şeyx deyir:

“İndi ki, təkid eləyirsən, onda əsir götürdüyün 40 min qan qardaşlarımızı adına bağışla!”

Əmir Teymurun cavabı qısa olur:

“Bağışladım ocağına!”

Oxumağa davam et
Reklam
Reklam

Gündəm