Xanəmir Telmanoğlu - qəvi qövmün qalı
Bizi izləyin

Yazarlar

Xanəmir Telmanoğlu - qəvi qövmün qalı

Xanəmir Telmanoğlu Xanəmir Telmanoğlu qəvi qövmün qalı

ey dadi bidad danəndə dəhan dərviş d...

Biz dəhirləri bəla sandıq

Sıyrıldıq qovğalardan

Ayrı düşdük saraylardan

Göylər səltənətin tutduq

Elə bildik sultanmışıq

Sən demə kəhkəşanlarda

Qımışan qamaşan qormuşuq

Qədər dön deyər yollarda

Daşar səhbası taxtının

İşarar sonuncu çay tək

Alınmaz qarşısı bu axının

Dəvalar dirənər canlarda

Sovrular nəvası sərdabələrin

Neylər bu ehtişama zilləti

Qəh qəh çəkən iblisin hikməti

Dözür ayrılıqlar dözür hiraya

Gün düşdükcə yerlər açılır

Məqam əhli dolur leylaya

Minnət səriştəsi ehramlarını ucaldır

Sürünür səmalarda ay işgəncələrlə

Dirilər sarılır haqqı sayına

Ölülər büzüşür dumanlar qoynunda

Kimsə səs çıxarmır yoğrulmuş palçığa

Bərkiyən gillərdən əlac yox

Iblislər odlarla bürünür həyaya

Gəl indi çöz görüm hesabı

əlində tutduğu kitabı

dərviş üzü qibləyə sıyrılaraq

şərin dalğasına hu tutaraq

çəkilir ortalıqdan hayqıraraq

getdi o gedənlər dönməz derlər

məni göylərdə görmə bəndənizəm

asılan cəsədlərdə hayqırış yox

qısılan səslərdə məzarlar çox

atılıb dörd bir yanda sürsümüklər

yolarda əjdahalr kamın açıb

sülənir ac yalavac qotur itlər

qarışıb itlərə şah dilənçilər

sürünür ətrafımda ilanlar

pişiklər miyoldayır sabaha can

eşşəyin anqırtısı bağır yarır

quzunun naləsindən alışır can

kimsə bilməz göylərdə hAnkı sirdi

axın axın tökülür başımızdan

gözlərin ağ yerini qara tutub

hər an bir xızır ötür qarşımızdan....

Oxumağa davam et
Reklam
Reklam

Gündəm