Fikrət Qoca: "Adamın qibləsi olar!"
Bizi izləyin

Yazarlar

Fikrət Qoca: "Adamın qibləsi olar!"

Fikrət Qoca: "Adamın qibləsi olar!"

Hazırda Rusiyada yaşayan həmyerlimiz, Azərbaycan Yazıçılar Birliyinin üzvü Eduard Bağırovun qondarma erməni soyqırımı ilə bağlı başsağlığı verməsi etirazla qarşılanıb.

Yazıçının təmsil olunduğu qurumun katibi, Xalq Şairi Fikrət Qoca Teleqraf.com-a açıqlamasında Eduard Bağırovun bu addımını pisləyib: “Bunlar alicənab rolu oynamaq istəyirlər. Eduard bəs niyə Xocalıya başsağlığı vermir ki? Bəs Qubadaki qırğına kim ağlayacaq? Adamın qibləsi olar. Yoxsa, sən üzünü gündə bir tərəfə döndərib namaz qılırsan?! Bu düzgün deyil axı. Bu dinsiz, Allahsız olmaq deməkdir. Ermənilərin törətdiyi soyqırımlara kim başsağlığı verəcək, axı?”

AYB-nin Güney Şöbəsinin sədri Sayman Aruz isə Eduard Bağırovun addımını bu cür qiymətləndirib: “Anar müəllim demişkən, "başını daşa döyüb". O, AYB-nin üzvü deyil. AYB-də belə cılız və satqın adamlar yoxdur və olmamalıdır da. O, azərbaycanlı deyil. Araşdırsanız, nəsə qarışıqlıq tapacaqsınız qanında. Allah millətimizin başından bu satqınları əksik etsin. Amin!!!”

Rövşən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm