AYO müraciət etdi
Bizi izləyin

Yazarlar

AYO müraciət etdi

AYO müraciət etdi

Azad Yazarlar Ocağı yazıçı Vaqif Nəsibin romanlarını çap etmək üçün kampaniyaya başlayıb.

Təşkilat bu məqsədlə müraciət hazırlayıb:

“Yazıçı Vaqif Nəsibin 75 yaşı var. Sovet dövründə 10 kitabı (şeir, hekayə və romanlar) nəşr olunub. Son kitabı 1986-cı ildə nəşr olunub. O vaxtdan bəri Vaqif Nəsib dissident həyatı yaşayır. Azərbaycan Yazıçılar Birliyi bu yazıçını, sözün birbaşa mənasında, saymır.Son dərəcə ehtiyac içində yaşayan Vaqif Nəsibin hal-hazırda çap olunacaq 4 romanı var. Azad Yazarlar Ocağı olaraq bu qiymətli yazıçımızın əsərlərinin nəşr olunmasını qarşımıza məqsəd qoymuşuq. Bu məqsədlə ictimaiyyətə müraciət edirik. Vaqif Nəsibin romanlarının nəşr olunması üçün yardımlarımızı əsirgəməyək”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm