"Qanun" nəşriyyatından iki yeni kitab
Bizi izləyin

Yazarlar

"Qanun" nəşriyyatından iki yeni kitab

"Qanun" nəşriyyatından iki yeni kitab

Barbara De Anjeli

HƏR BİR QADININ KİŞİLƏR HAQQINDA BİLMƏLİ OLDUĞU VACİB SİRLƏR

Barbara de Anjelisin bu kitabını adi kitablar sırasına heç cür aid etmək olmaz. Cərrah qətiyyətli və təcrübəli qadın kimi o, kişilərin sirli və ziddiyyətli daxili aləminə baş vurur, oxuculara onun ən intim bacarıqlarından söhbət açmaqdan çəkinmir və kişilərin psixoloji və fizioloji xüsusiyyətlərini açıb göstərir. Ancaq ciddi peşəkar psixoloq təcrübəsi müəllifə bəşəriyyətin güclü yarısının yaratdığı bir çox maraqlı vəziyyətlərdən şərəflə çıxmasına kömək edir.

Kitab cinslərin birgə dinc və xoşbəxt yaşamalarının sirlərini öyrənməyə can atan hər bir oxucu üçün nəzərdə tutulub.

Dünya uşaq ədəbiyyatı seriyasından Astrid Lindqren

"SEÇİLMİŞ HEKAYƏLƏR”

Kitabda yer alan “Böyük bacı, balaca qardaş”, “Albalı ağacı altında”, “gəlinciklə oynamaq istəməyən prinsessa”, “Gül bala”, “Pele evdən köçür” və digər hekayələr oxucuları gülməyə, arzu etməyə, qəmlənməyə, düşünməyə vadar edir. Astrid Lindqren öz yaradıcılığında uşaqlarda mövcud dəyərlərə maraq oyatmaq, onlara tənqidi yanaşmaqla bərabər, həyatda rast gələ biləcəkləri çətinliklərə qarşı qorxunun dəf edilməsinin gərəkli olduğunu bədii şəkildə ifadə etməyə çalışmışdır. Əsərlərində uşaqlar aləmini məharətlə qələmə alan Astrid Lindqren onları reallıqlarla bəzənmiş nağıllar aləminə aparır, orada əyləndirdikdən sonra yenidən müasir həyata qaytarır. Onun yazı üslubunun üstün cəhəti ondan ibarətdir ki, hadisələr uşaqlar ətrafında cərəyan edir və onlar əsas qəhrəman kimi hadisələrin gedişini müəyyənləşdirirlər. Astrid Lindqren fəlsəfəsi ümumilikdə uşaqların sosial təkamülünə təkan verir.

Astrid Lindqren 1907-ci ildə İsveçin cənubunda yerləşən Smaland vilayətində anadan olmuşdur. Astrid uşaq ikən valideynlərinin ona verdiyi azadlıqdan istifadə edərək xoşbəxt həyat yaşamışdır. Kənddə keçən uşaqlığı onun sonralar yazdığı uşaq hekayələrinin mərkəzi sütununu təşkil etmişdir. “Uzuncorab Pippi”, “Damda yaşayan Karlson” kimi kitablarla uşaqların rəğbətini qazanmış müəllif digər mövzularda da onlarca hekayə yazmışdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm